“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi
Yeniliklərdən dərhal xəbərdar olun
“Arzunun vaxtı” verilişinin yeni buraxılışının qonaqları ikinci baharlarını yaşayan Qoçəli bəy və Həqiqət xanım olub.
Cütlük verilişdə tanışlıq tarixçələrindən, ailə həyatından, bir-birlərinə olan sevgidən və yaşadıqları çətinliklərdən danışıb.
Qoçəli bəy bildirib ki, Həqiqət xanımı verilişdə gördükdən sonra xarakterini və səmimiyyətini bəyənərək onunla ailə həyatı qurmağa qərar verib.
Tək yaşamaqdan yorulduğunu etiraf edən Həqiqət xanım ailənin insan həyatındakı dəyərini vurğulayıb:
“Mənim evim də var idi, pulum da. Amma tək yaşamaq çox çətindir. Tək ölərəm, heç kimin xəbəri olmaz deyə çox qorxurdum”.
Həyat yoldaşına olan diqqət və qayğısından danışan Həqiqət xanım Qoçəli bəyi doğma övladı kimi əzizlədiyini deyib:
“Onun yanında məndən başqa heç kim yoxdur. Mən də onu balam kimi sevir, nazı ilə oynayıram. Hətta corabını ayağına geyindirəndə öncə öpürəm, sonra geyindirirəm. Əgər unudub birbaşa geyindirsəm, təzədən çıxarıb öpürəm, sonra yenidən geyindirirəm. Kişilər əzizlənməyi çox sevirlər”.
#Arzunun vaxtı (Baku TV-nin verilişi) teqi istifadə olunub
- "Qəlbimdə çox sevdiyim biri var, amma yanıma gəlmədi" | "Mən həyatdan doymamışam" - ARZUNUN VAXTI
- "Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"
- Ailəsi dağıldı, doğmaları xəyanət etdi | Ramiz Novruzun stilist qızı başına gələnləri danışdı
- Qarabağlı qayınana, ukraynalı gəlin | “Elə toy etdik ki, dedilər, qızını Dubay şeyxinə vermisən?!”
- “İnternetdə tanış olduq, ailəm dağıldı” | “2 dəfə evləndim, qızımla danışanda pis oluram ki...”
