"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"
“Arzunun vaxtı” verilişinin budəfəki qonağı 1 metr boyu ilə sosial şəbəkələrdə diqqət mərkəzinə düşən Röyal Əsgərov olub.
O, həyat hekayəsindən, çətin uşaqlığından, qazandığı uğurlardan bəhs edib.
Sosial mediada tanınan gənc sahibkar İlyas Möhnətovun dəstəyi ilə reklamlarda çəkilən və yüksək maaş alan Röyal qazandığı pulların qədrini bildiyini və hər qəpiyi gələcəyi üçün yığdığını söyləyib:
“İlk maaşım 1000 manat oldu. Sonralar aylıq gəlirim 2000-3000, hətta 5000 manata da çatdı. Amma mən gedib kefə, yeyib-içməyə pul xərcləmədim. Həmin pulları yığıb Gəncədə özümə 100 minlik ev aldım. İnsan pulun qədrini bilməlidir”.
Röyal şəxsi həyatından və sevgi hekayəsindən də danışıb. O, vaxtilə sosial şəbəkələrdə tanış olduğu və boyu 1,25 metr olan qızla münasibətindən bəhs edib:
“Sevdiyim qızın boyu 1,25 metr idi. Məndən ötrü ağlayırdı, mənsiz qala bilmirdi. Amma sonradan onunla ayrıldıq. İndi istəyirəm ki, ailəm, uşaqlarım olsun. Evlənəcəyim xanımın boyu təxminən 1,25 metrlə 1,50 metr arasında ola bilər”.
#Arzunun vaxtı (Baku TV-nin verilişi) teqi istifadə olunub
- Ailəsi dağıldı, doğmaları xəyanət etdi | Ramiz Novruzun stilist qızı başına gələnləri danışdı
- Qarabağlı qayınana, ukraynalı gəlin | “Elə toy etdik ki, dedilər, qızını Dubay şeyxinə vermisən?!”
- “İnternetdə tanış olduq, ailəm dağıldı” | “2 dəfə evləndim, qızımla danışanda pis oluram ki...”
- "Ayağımı yumağa 5 manat alır" | Əlilliyi olan Rəşaid ailəsi ola-ola niyə tək və köməksiz yaşayır?
- 243 kq çəkili qadının həyatı necə dəyişdi? - "Kök olduğu üçün dedi ki, öləndə oğlumdan gizlədin..."
