Qarabağlı qayınana, ukraynalı gəlin | “Elə toy etdik ki, dedilər, qızını Dubay şeyxinə vermisən?!”
“Arzunun vaxtı” verilişinin yeni buraxılışının qonaqları ukraynalı gəlin Olqa Çumak və onun azərbaycanlı qayınanası Rəsmiyyə Əsədova olub.
Verilişdə azərbaycanlı ailəyə gəlin gəlməsindən bəhs edən Olqa Çumak həyat yoldaşı ilə Xarkovda təhsil alarkən tanış olduqlarını bildirib.
“Ailəmdən uzaqda yaşadığım üçün yoldaşım mənə həm ata, həm ana, həm də dost oldu. Bizim ölkədə toylar maksimum 50 nəfərlik olur. Azərbaycana gələndə isə 300 nəfərlik toyu, xonçaları görüb şoka düşmüşdüm. Belə adətləri əvvəllər ancaq seriallarda görürdüm. Azərbaycan dilini öyrənməyimdə isə qayınatam mənə çox kömək oldu”, – deyə o bildirib.
Rəsmiyyə Əsədova isə gəlin-qayınana münasibətlərindən və keçirdikləri təmtəraqlı toy məclisindən bəhs edib.
“Əvvəlcə tək oğlum olduğu üçün öz milli adət-ənənəmizə uyğun gəlin istəyirdim. Sonra oğlumun seçiminə güvəndim və gedib Olqanı Ukraynadan gətirdik. Oğluma elə təmtəraqlı toy etdik ki, gəlinin anasına öz ölkəsində qonşuları “qızını Dubay şeyxinə ərə vermisən?” deyirdilər”, – o əlavə edib.
#Arzunun vaxtı (Baku TV-nin verilişi) teqi istifadə olunub
- “İnternetdə tanış olduq, ailəm dağıldı” | “2 dəfə evləndim, qızımla danışanda pis oluram ki...”
- "Ayağımı yumağa 5 manat alır" | Əlilliyi olan Rəşaid ailəsi ola-ola niyə tək və köməksiz yaşayır?
- 243 kq çəkili qadının həyatı necə dəyişdi? - "Kök olduğu üçün dedi ki, öləndə oğlumdan gizlədin..."
- “Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” | Əlilliyi olan Fərid - ARZUNUN VAXTI
- Kuryerlik edib, anasına baxan 22 yaşlı Aminin acı sonu | "Balamı zülmlə böyütmüşdüm" - ARZUNUN VAXTI
