Pleyeri seçin:

Ana və qızı eyni anda məzun oldu | "Ailə qurmuşdum deyə təhsilim yarımçıq qalmışdı..." - Baku TV

16 iyul 2026 406 baxış

Bu dəfə məzun libasını təkcə övladlar deyil, analar da geyiniblər. Eyni vaxtda məzun olan ana-bala – Aygün Qasımova və qızı Nərminə Qasımova təhsil müddətində bir-birinə dəstək olub, indi isə diplom sevincini birlikdə yaşayırlar.

Aygün Qasımova deyir ki, uzun illər ali təhsil almaq istəyib:

“11-ci sinfi bitirəndə universitetə sənəd vermişdim. Atam çox istəyirdi ki, riyaziyyatçı olum. Birinci ixtisas qrupunu seçmişdim və topladığım bal Politexnik İnstitutuna qəbul olmağa imkan verirdi. Amma atam istəyirdi ki, onun özü kimi Azərbaycan Dövlət Pedaqoji Universitetində riyaziyyat ixtisası üzrə təhsil alım. Sonra ailə qurdum və oxumaq arzum yarımçıq qaldı. Əslində, təhsil almaq həvəsi həmişə olub. Üç qızım var və onların dərsləri ilə daim özüm məşğul olmuşam. Qızım universitetə hazırlaşanda mənim üçün də belə bir fürsət yarandı. Həyat yoldaşım da dedi ki, oxumaq istəyirəmsə, arxamda dayanacaq və mənə dəstək olacaq”.

Nərminə Qasımova isə 2022-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə 638,4 balla qəbul olunduğunu bildirib:

“Anam məndən daha çox, gecə-gündüz çalışırdı. Düzünü desəm, mən onun qədər çox oxumamışam. Hazırlıqlara getmişəm və təxminən iki-üç il hazırlaşmışam. Anam isə mən 11-ci sinifdə oxuyanda cəmi beş-altı ay ərzində hazırlaşdı. Səhərlər çox erkən oyanıb birlikdə dərs oxuyurduq. Çünki səhər saatlarında hazırlaşmaq daha effektiv olurdu”.

Kopyalandı
Banner
"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

Cəmiyyət
22 oktyabr 2026 406 baxış
Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 406 baxış
2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 406 baxış
Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Cəmiyyət
22 oktyabr 2026 406 baxış
“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 406 baxış
Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 406 baxış
”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 406 baxış
“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 406 baxış
"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

Cəmiyyət
22 oktyabr 2026 406 baxış
“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 406 baxış
Seçilmişlər
icon