Pleyeri seçin:

Anası şəhid Şahmar Səfərovun məzarı başında hansı sirri öyrəndi? - Elə qışqırdım ki...

07 dekabr 2024 231 baxış

Baku TV-də Vətən müharibəsi şəhidi Şahmar Səfərov haqqında reportaj yayımlanıb.

44 günlük Vətən müharibəsi zamanı şəhid olan leytenant Şahmar Səfərov ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Oğlu ilə bağlı xatirələrindən danışan Pakizə Səfərova bildirib ki, hərbçi olmaq Şahmarın çoxdankı arzusu olub:

“Oğlumun hərbçi olmasını istəmirdim. 8-ci sinifdən hərbiyə getmək istəyirdi, qoymadım. Daha sonra ali təhsilə yönləndirməyə çalışdım, amma istəmədi. Şahmar öz qərarında duran uşaq idi, onu fikrindən döndərə bilməzdim”.

Pakizə Səfərova oğlunun şəhid xəbərini necə almasından danışıb:

“Müharibənin başlamağından xəbərim yox idi, yas yerində öyrəndim. Özümü narahat hiss etdim, tez durub evə getdim. Televizorda torpaqlarımızın bir qisminin azad edildiyini və şəhidlərimizin olduğunu eşitdim. Heç düşünmədim ki, Şahmar da o şəhidlərin sırasında olar. O ki hərbinin sirlərini bilir, könüllü getməyib. Baldızlarım bizə gəlmişdi, dedim “niyə gəlmisiniz? Şahmar şəhid olub?”. Dedilər “hə”. Bunu eşidəndə elə bil ki, məni ildırım vurdu”.

Şəhid anasının sözlərinə görə, oğlunun sevdiyi qız var idi:

“Fəxri xiyabanda bir qadın mənə yaxınlaşdı. Dedi ki, bir qızı Şahmarın məzarının önündə ağlayan zaman görüb. Qızdan soruşub “bu şəhidin nəyisən?”. Qız Naxçıvandan gəldiyini və Şahmarın sevgilisi olduğunu deyib. Oğlum ona üzük alıbmış. Sevgilisi üzüyü çıxarıb torpağa basdırmaq istəyib. Deyib “özü yoxdur, üzüyü niyə saxlayım?”. Qadın mane olmağa çalışıb. İndi qızın həmin üzüyü saxlayıb-saxlamadığını bilmirəm”.

“Vaxt var idi, taksi də qalxmırdı” | Bakının unikal qəsəbəsi: Sakinlərin gözü ilə Bayıl - Baku TV

“Vaxt var idi, taksi də qalxmırdı” | Bakının unikal qəsəbəsi: Sakinlərin gözü ilə Bayıl - Baku TV

Cəmiyyət
20 dekabr 2025 231 baxış
Sərnişinlər bu avtobusdan sallana-sallana gedir | “Nə edək, olanımız budur” - Baku TV

Sərnişinlər bu avtobusdan sallana-sallana gedir | “Nə edək, olanımız budur” - Baku TV

Cəmiyyət
20 dekabr 2025 231 baxış
“Meyxananın sütünlarından biri vəfat etdi” | Meyxanaçı Ağakərim son mənzilə yola salındı - Baku TV

“Meyxananın sütünlarından biri vəfat etdi” | Meyxanaçı Ağakərim son mənzilə yola salındı - Baku TV

Cəmiyyət
20 dekabr 2025 231 baxış
Bakıda tibbi xidmətlərin sayı 335-ə qədər artırılıb

Bakıda tibbi xidmətlərin sayı 335-ə qədər artırılıb

Cəmiyyət
20 dekabr 2025 231 baxış
Diabetin ən təhlükəli fəsadı: Xəstə də hiss etmir | Hamilə qadınlar üçün tək çarə isə... - BAKU MED

Diabetin ən təhlükəli fəsadı: Xəstə də hiss etmir | Hamilə qadınlar üçün tək çarə isə... - BAKU MED

Cəmiyyət
20 dekabr 2025 231 baxış
Saxta SMM xidməti ilə insanları aldadırlar | Belə dələduzlardan necə qorunmaq olar? - Baku TV

Saxta SMM xidməti ilə insanları aldadırlar | Belə dələduzlardan necə qorunmaq olar? - Baku TV

Cəmiyyət
20 dekabr 2025 231 baxış
Qəzalar zamanı niyə arxadan vuran sürücü günahkar olur? - Baku TV

Qəzalar zamanı niyə arxadan vuran sürücü günahkar olur? - Baku TV

Cəmiyyət
20 dekabr 2025 231 baxış
Rusiya-Ukrayna cəbhəsində yeganə azərbaycanlı qadın hərbçi Samirə danışdı - Baku TV

Rusiya-Ukrayna cəbhəsində yeganə azərbaycanlı qadın hərbçi Samirə danışdı - Baku TV

Cəmiyyət
20 dekabr 2025 231 baxış
Buzovnada qohumlar arasında dava qətllə bitdi - Baku TV

Buzovnada qohumlar arasında dava qətllə bitdi - Baku TV

Cəmiyyət
20 dekabr 2025 231 baxış
“The Oligarch’s Design” sənədli filminin nümayişi olub - Baku TV

“The Oligarch’s Design” sənədli filminin nümayişi olub - Baku TV

Cəmiyyət
20 dekabr 2025 231 baxış
Seçilmişlər
icon