Pleyeri seçin:

Saxta SMM xidməti ilə insanları aldadırlar | Belə dələduzlardan necə qorunmaq olar? - Baku TV

20 dekabr 2025 241 baxış

Sosial şəbəkələr inkişaf etdikcə dələduzluq halları da artır. Bunlardan biri də “marketinq” xidmətləridir.

Belə ki, bəziləri istifadəçilərə yazaraq müəyyən pul qarşılığında marketinq xidmətləri təklif edirlər. Bəzən də məşhurların adlarından istifadə edərək bu addımı atırlar. Pulu aldıqdan sonra isə yoxa çıxırlar.

Bəs bu cür dələduzluqdan özümüzü necə qoruya bilərik?

Marketinq üzrə mütəxəssis Laura Seyidbəyovanın sözlərinə görə, qısa müddətdə minlərlə izləyici və ya “100 faiz nəticə” kimi real olmayan vədlər verən şirkətlərə etibar etmək olmaz:

“Peşəkar marketinq xidmətlərində nəticələr ölçüləbilən olmalı, görüləcək işlər, istifadə ediləcək alətlər və nəticələrin necə dəyərləndiriləcəyi müştəriyə əvvəlcədən aydın şəkildə izah edilməlidir. Bununla yanaşı, ciddi şirkətlər müqavilə əsasında çalışır və mütəmadi hesabat təqdim edirlər”.

Məsələ ilə bağlı hüquqşünas Vüsal Cəfərov isə qeyd edib ki, Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, etibardan sui-istifadə və ya aldatma yolu ilə əmlakı ələ keçirmə dələduzluq hesab olunur və cinayət məsuliyyəti yaradır:

“Bu zaman vurulan zərərin məbləği 500 manatdan yuxarı olmalıdır. Həmin maddəyə əsasən, təqsirli şəxs 1000 manatdan 2000 manata qədər cərimə, 360 saatdan 480 saata qədər ictimai işlər, iki ilədək müddətə islah işləri, iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər”.

“Uşaq-muşağın əlində qalmışam...” -  Yazıçı Seyran Səxavət niyə kövrəldi?

“Uşaq-muşağın əlində qalmışam...” - Yazıçı Seyran Səxavət niyə kövrəldi?

Cəmiyyət
23 mart 2026 241 baxış
Səhərlər niyə özümüzü iştahasız hiss edirik?

Səhərlər niyə özümüzü iştahasız hiss edirik?

Cəmiyyət
23 mart 2026 241 baxış
Çay istehlakının təhlükəsiz həddi açıqlandı

Çay istehlakının təhlükəsiz həddi açıqlandı

Cəmiyyət
23 mart 2026 241 baxış
"Eldənizi orada görüb qorxdum" | Əməliyyat səhv edildi, hissiyyatı itdi | Aktyor Eldəniz Zeynalov

"Eldənizi orada görüb qorxdum" | Əməliyyat səhv edildi, hissiyyatı itdi | Aktyor Eldəniz Zeynalov

Cəmiyyət
22 mart 2026 241 baxış
Yaşlı mühafizəçini döyən kim, yolda hoqqa çıxaran kim... | İnsanları bəlaya saldılar - XÜLASƏ

Yaşlı mühafizəçini döyən kim, yolda hoqqa çıxaran kim... | İnsanları bəlaya saldılar - XÜLASƏ

Cəmiyyət
22 mart 2026 241 baxış
"Əvvəl gələndə rahatçılıq idi" | Üç hərfin birləşməsindən yaranan yaşayış massivi - Baku TV

"Əvvəl gələndə rahatçılıq idi" | Üç hərfin birləşməsindən yaranan yaşayış massivi - Baku TV

Cəmiyyət
22 mart 2026 241 baxış
"Bunu nəzərə alsalar, daha yaxşı olardı" | Parkın ərazisi niyə hasarlanıb? - Baku TV

"Bunu nəzərə alsalar, daha yaxşı olardı" | Parkın ərazisi niyə hasarlanıb? - Baku TV

Cəmiyyət
22 mart 2026 241 baxış
"3-cü ildir ki, bayramı burada qeyd edirik" | Laçın sakinlərinin bayram sevinci - Baku TV

"3-cü ildir ki, bayramı burada qeyd edirik" | Laçın sakinlərinin bayram sevinci - Baku TV

Cəmiyyət
22 mart 2026 241 baxış
Bu ərazilərdə qar, dolu yağacağı gözlənilir? - Baku TV

Bu ərazilərdə qar, dolu yağacağı gözlənilir? - Baku TV

Cəmiyyət
22 mart 2026 241 baxış
"Suya qənaət etməsək.." | Ümumdünya Su Günü - Baku TV

"Suya qənaət etməsək.." | Ümumdünya Su Günü - Baku TV

Cəmiyyət
22 mart 2026 241 baxış
Seçilmişlər
icon