"Suya qənaət etməsək.." | Ümumdünya Su Günü - Baku TV
22 mart Ümumdünya Su Günü kimi qeyd olunur. 1993-cü ildə BMT tərəfindən təsis edilən bu gün dünyanın diqqətini şirin su ehtiyatlarının qorunmasına və ondan qənaətlə istifadəyə yönəldir.
Bəs biz suya qənaət edirikmi?
Sakinlərdən biri mövzu ilə bağlı fikirlərini belə ifadə edib:
“Suya mütləq qənaət etməliyik. Su hövzələri getdikcə quruyur. Hətta gələcəkdə su müharibələrinin olacağı da deyilir. Ona görə də suya diqqətlə yanaşmaq vacibdir. Su nemətdir. Məsələn, əl-üz yuyarkən suyu boş yerə axıtmamalıyıq, yalnız istifadə etdiyimiz qədər açıq saxlamalıyıq. Su hövzələrinin qədrini bilməli, onu qiymətləndirməliyik. Suyu israf etməməliyik”.
Nəticə olaraq, suya qənaət həm fərdi, həm də qlobal məsuliyyətdir. Hər bir insan gündəlik həyatında kiçik dəyişikliklər etməklə bu mühüm resursun qorunmasına töhfə verə bilər. Unutmayaq ki, bu gün qoruduğumuz su gələcək nəsillərin həyatını təmin edəcək.
