Pleyeri seçin:

Bu kəndlərdə Kəmaləni nə heyrətləndirdi? - Qədim tikililər, əşyalar, bayram adətləri | KƏNDİNƏ QAYIT

22 mart 2026 571 baxış

“Kəndinə qayıt” verilişinin yeni buraxılışında İsmayıllı rayonunun Lahıc qəsəbəsinə səfər edilib.

Lahıc qəsəbəsi İsmayıllı rayonu ərazisində yerləşən, təxminən 1500 illik tarixi olan qədim sənətkarlıq mərkəzidir. Qəsəbə xüsusilə misgərlik ənənələri, daş döşənmiş küçələri və bu günədək qorunub saxlanılan qədim memarlıq mühiti ilə tanınır.

Veriliş çərçivəsində qəsəbə sakinləri ilə həmsöhbət olunub, Novruz bayramının Lahıcda necə qeyd edilməsi barədə xatirələr dinlənilib.

Lahıc sakini Qurban dayının sözlərinə görə, əvvəlki dövrlərdə Novruza hazırlıq aylar öncədən başlayardı:

“İki ay qabaqdan yumurtalar vedrələrlə gətirilirdi, döyüşdürürdülər. Rəngbərəng şamlar xonçaların üstünə düzülüb yandırılırdı”.

Onun sözlərinə görə, o vaxtlar evlərin damları torpaqdan olurdu və bayram gecəsi bütün damlarda məşəllər yandırılardı:

“Ardıc ağacından gətirib damlara qoyurdular, axşam od vururdular. Elə bir mənzərə yaranırdı ki, sanki bütün Lahıc işıq içində idi”.

Qurban dayı həmçinin qədim bayram adətlərindən danışaraq bildirib ki, bu ərazidə papaqatdı deyil, dəsmal atdı ənənəsi olub:

“Papaq bizim üçün qeyrət və namus rəmzidir. Onu qapı ağzına qoymaq düzgün sayılmırdı. Ona görə bizdə papaq atmaq yox, dəsmal atmaq adəti olub”.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 571 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 571 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 571 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 571 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 571 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 571 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 571 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 571 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 571 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 571 baxış
Seçilmişlər
icon