Pleyeri seçin:

Alban dövrünə aid məbədin acınacaqlı vəziyyəti - Baku TV

21 mart 2026 512 baxış

Balakən rayonunun Talalar kəndində yerləşən Nur kilsəsi tarixə qovuşmaq üzrədir. Alban dövrünün erkən xristian abidələrindən hesab olunan məbədin həm restavrasiya edilməsinə, həm də tədqiq olunmasına ehtiyac var.

Tarixçi Akif Məmmədlinin sözlərinə görə, məbədin zəng qülləsi hər an aşa bilər. Əsas bina erkən orta əsrlərə aid olsa da, zəng qülləsinin IX-XI əsrlərdə əlavə edildiyi ehtimal olunur. Tikintidə yerli çaydaşı və bişmiş əhəngdən istifadə edilib.

O qeyd edib ki, 1989-1990-cı illərdə qüllə tam salamat olsa da, son 30 ildə abidənin həm zəng qülləsi, həm də əsas ibadət zalının üst hissəsi tamamilə sıradan çıxıb:

“Bu abidə bizim qədim tariximizin sübutudur. Bölgədə tariximizi saxtalaşdırmaq cəhdlərinin qarşısını almaq üçün belə sübutları qorumalıyıq. Məbədin qısa zamanda bərpa edilməsi həm milli irsimizin qorunması, həm də bölgənin turizm potensialı üçün vacibdir”.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, abidənin tarixi və memarlıq əhəmiyyətinin müəyyən edilməsi üçün əraziyə baxış keçirilib. Tikili yeni aşkar edilmiş abidə kimi qeydiyyata alınıb. Abidənin dövlət reyestrinə daxil edilməsi məsələsinə Mədəniyyət Nazirliyi yanında Daşınmaz Mədəni Sərvətlərin Müəyyən Edilməsi üzrə Ekspert Şurasının növbəti iclaslarında baxılacaq.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 512 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 512 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 512 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 512 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 512 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 512 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 512 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 512 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 512 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 512 baxış
Seçilmişlər
icon