Pleyeri seçin:
Toya hazırlaşarkən məhv olan ailə | "1 ailədən 3 nəfəri itirdik..." - Baku TV
Balakəndə ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza ailə faciəsinə səbəb olub. Üç avtomobilin toqquşması nəticəsində dörd nəfər dünyasını dəyişib. Həyatını itirənlərdən üçü bir ailənin üzvləridir.
27 yaşlı Rəşad Mütəllibovun avqustun 27-də toyu olmalı idi. Elə ailə də toya hazırlaşırdı. Ana və övladı dünən, yəni avqustun 10-da rayonun Sarıbulaq kənd qəbiristanlığında torpağa tapşırılıb. Ailə başçısı Yaşar Mütəllibov isə bu gün, yəni avqustun 11-də həyat yoldaşı və övladının yanında dəfn edilib.
Mərhumun qardaşı Rasim Mütəllibov hadisə ilə bağlı Baku TV-yə danışıb.
"Qardaşım, qardaşımın yoldaşı və oğlunu itirdik. Yoldaşının ailəsi Goranboydan idi. Ora toy dəvətnamələrini paylamağa gedərkən yolda bu hadisə baş verib", – deyə o bildirib.
Kopyalandı
#Balakən teqi istifadə olunub
- "Baxımsızlıqdan 250 min ailə qalıb" | Arıçıların başına oyun açan hadisə - Baku TV
- Balakəndə sel İtitala kənd sakinlərini ciddi çətinliklərlə üz-üzə qoydu - Baku TV
- Balakəndə ehtiyatsızlıq 43 yaşlı kişini həyatından etdi - Baku TV
- Sel suları Balakəndə həyatı iflic etdi | “Toyuq-cücə gedib, vəziyyət pisdir” - Baku TV
- Katexçay və Balakənçaydan sel keçdi
