“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə 88 yaşlı qadının ölümünün təfərrüatları məlum olub.
Məlumata görə, Gülsüm Əliyevanın səhhəti oktyabrın 26-da ağırlaşıb. Yaxınları təcili tibbi yardım çağırıb və qadın xəstəxanaya aparılıb.
Həkimlər onun yaşlı olduğunu və ömrünə bir neçə gün qala biləcəyini bildiriblər. Bundan sonra o evə qaytarılıb.
Oktyabrın 28-də isə səhər saatlarında Gülsüm Əliyevanın vəfat etdiyi məlum olub.
Qadının dəfnindən bir neçə gün sonra onun 59 yaşlı bacısı oğlu Əli Məmmədov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Qonşular Gülsüm Əliyevanın ruhi xəstə olduğunu, Əli Məmmədovun onu qətlə yetirə biləcəyinə inanmadıqlarını deyiblər.
“88 yaşında xalanı qətlə yetirməzdi. Mən inanmıram. Həmin adam o qədər ağılsız, qansız adam deyil. Artıq 33 ildir qonşuyuq”, – deyə qonşulardan biri bildirib.
#Gəncə teqi istifadə olunub
- Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI
- Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
- Gəncədəki tükürpərdən qətllə bağlı qonşular hər şeyi danışdı - Baku TV CANLI
- 36 yaşlı Röyalı atası öldürdü? | Gəncədə dəhşət | Qonşular hər şeyi danışdı - Baku TV
