Pleyeri seçin:

“Bir də gördüm...” | Nəvəsinin andiçmə mərasiminə gedən kişi haraya yoxa çıxdı? - Baku TV

10 noyabr 2026 124 baxış

Gəncədə 84 yaşlı kişi itkin düşüb.

Astara rayonunun Kakalos kənd sakini Mirzəcan Hüseynov noyabrın 8-də ailə üzvləri ilə birlikdə Gəncədə yerləşən hərbi hissələrdən birində xidmət edən nəvəsinin andiçmə mərasimində iştirak etmək üçün şəhərə gəlib. Mərasimdən sonra ailə üzvləri 84 yaşlı kişini tapa bilməyiblər.

Həmin gündən etibarən doğmaları Gəncədə qalaraq Mirzəcan Hüseynovun axtarışlarını davam etdirirlər. Hadisə ilə bağlı polisə də məlumat verilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları itkin düşən şəxsin tapılması istiqamətində tədbirlər görürlər.

İtkin düşən şəxsin oğlu Eldəniz Hüseynov hadisə ilə bağlı Baku TV-yə açıqlama verib.

“Uşağın andiçmə mərasimi noyabrın 8-də idi. Atam da bizimlə birlikdə gəlmişdi. Şəkil çəkdirdik, yemək yedik. Sonra onun üçün çay süzüb vermək istədim. Arxaya baxanda gördüm ki, atam yoxdur. Hərbi hissənin hər yerini gəzdim, amma onu tapa bilmədim. Artıq üç gündür axtarırıq, lakin tapa bilmirik. Qohumlar da narahat olub zəng edir, soruşurlar. Polislər hər yeri axtarır, müşahidə kameralarının görüntülərini yoxlayırlar”, – deyə o bildirib.

Kopyalandı
Banner
Astaradan Gəncəyə andiçmə mərasiminə gələn 84 yaşlı kişinin axtarışları davam edir - ƏSAS XƏBƏR

Astaradan Gəncəyə andiçmə mərasiminə gələn 84 yaşlı kişinin axtarışları davam edir - ƏSAS XƏBƏR

Hadisə
10 noyabr 2026 124 baxış
184 saylı avtobus idarəetmədən necə çıxdı? | Suraxanıdakı qəza barədə detallar - Baku TV CANLI

184 saylı avtobus idarəetmədən necə çıxdı? | Suraxanıdakı qəza barədə detallar - Baku TV CANLI

Hadisə
09 noyabr 2026 124 baxış
Biləsuvarda meyiti aşkarlanan 35 yaşlı kişinin ölüm səbəbi araşdırılır - Baku TV

Biləsuvarda meyiti aşkarlanan 35 yaşlı kişinin ölüm səbəbi araşdırılır - Baku TV

Hadisə
08 noyabr 2026 124 baxış
Ağstafada dəhşətli hadisə | Ailənin 3 üzvü niyə xəstəxanalıq oldu? - Baku TV CANLI

Ağstafada dəhşətli hadisə | Ailənin 3 üzvü niyə xəstəxanalıq oldu? - Baku TV CANLI

Hadisə
07 noyabr 2026 124 baxış
Ailə səhər yeməyindən sonra niyə xəstəxanalıq oldu? - “1-2 saat ərzində...” - Baku TV

Ailə səhər yeməyindən sonra niyə xəstəxanalıq oldu? - “1-2 saat ərzində...” - Baku TV

Hadisə
07 noyabr 2026 124 baxış
İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT

İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT

Hadisə
06 noyabr 2026 124 baxış
"Bu dəqiqə qıraram bu qapını!" | Keçmiş məhkumun qandonduran əməlinin üstünü kim açdı?

"Bu dəqiqə qıraram bu qapını!" | Keçmiş məhkumun qandonduran əməlinin üstünü kim açdı?

Hadisə
06 noyabr 2026 124 baxış
Müxtəlif istehsalçıların əmtəə nişanları ilə hansı məhsullar satışa hazırlanıb? - Baku TV CANLI

Müxtəlif istehsalçıların əmtəə nişanları ilə hansı məhsullar satışa hazırlanıb? - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 124 baxış
Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI

Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 124 baxış
"2-ni də divara qısnayıb..." | Gürcüstanda azərbaycanlı qardaşlar öldürüldü - Baku TV

"2-ni də divara qısnayıb..." | Gürcüstanda azərbaycanlı qardaşlar öldürüldü - Baku TV

Hadisə
06 noyabr 2026 124 baxış
Seçilmişlər
icon