"Antisanitar vəziyyət hökm sürür" | Sabunçudakı yataqxanada ürəkbulandıran mənzərə - Baku TV
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, 78 ünvanında yerləşən məcburi köçkünlərin məskunlaşdığı yataqxanada sakinlər antisanitar vəziyyətdən şikayətçidirlər.
Sakinlərin Baku TV-nin qaynar xəttinə müraciətinə əsasən, binanın zirzəmisinə çirkab suları dolur və problem artıq illərdir həll olunmur.
Onların sözlərinə görə, məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə dəfələrlə müraciət edilib, lakin nəticə olmayıb.
Zirzəmidə uzun müddət toplanan çirkab suları kəskin qoxuya və antisanitar vəziyyətə səbəb olur. Sakinlər isti yay aylarını da bu şəraitdə keçirməyə məcbur olublar.
Problemlə yanaşı, ərazidə məişət tullantıları üçün zibil konteynerlərinin olmaması da narazılıq yaradır. Sakinlər tullantılarını başqa ərazilərdəki konteynerlərə aparmaq məcburiyyətində qaldıqlarını bildirirlər.
Sakinləri qarşıdan gələn payız mövsümü də narahat edir. Yağıntıların artması ilə zirzəmidəki çirkab sularına yağış sularının da qarışacağı və vəziyyətin daha da ağırlaşacağı gözlənilir.
#Sabunçu rayonu teqi istifadə olunub
- "Atırlar bir-birinin boynuna, həyət-baca su içindədir" | Ramana sakinləri çıxılmaz durumda - Baku TV
- Yeni Ramanada köhnə problem | Yarımçıq qalan iş yenidən narazılıq yaradıb - Baku TV
- “Bu cür havada yol keçilməzdir” - Yeni Ramanada köhnə problem: işlər niyə yarımçıq qaldı? - Baku TV
- TƏCİLİ: Maştağada fərdi yaşayış evində partlayış baş verdi - Baku TV CANLI
- Maştağada qandonduran hadisə | Özündən çıxan 21 yaşlı oğlan görün nə etdi - Baku TV
