Pleyeri seçin:

Artıq çəkidən qurtulmağın ən təhlükəsiz yolu

20 may 2026 446 baxış

Üzgüçülük artıq çəkidən qurtulmaq üçün ən zərərsiz və təhlükəsiz üsul hesab olunur.

Bu barədə rusiyalı tibbi ekspert Yekaterina Demyanovskaya yerli mediaya müsahibəsində məlumat verib.

Mütəxəssis qeyd edib ki, əlavə kaloriləri yandırmaq məqsədilə su aerobikası məşqlərinə də müraciət etmək olduqca səmərəlidir.

"Piylənmə probleminin həllinə ehtiyatla yanaşmaq lazımdır. İnsanın fiziki hazırlığı olmadığı halda, yüksək bədən kütlə indeksi ilə ağır məşqlər etməsi oynaqlarda zədələrə, ürək-damar sistemində ciddi fəsadlara və nəfəs darlığının kəskinləşməsinə gətirib çıxara bilər. Artıq çəki ilə mübarizənin əsasını qidalanma rejiminin tənzimlənməsi və fiziki hərəkətliliyin artırılması təşkil edir. Bu baxımdan aerobik məşqlər, yəni sakit və ritmik dözümlülük tələb edən hərəkətlər çox səmərəlidir. İlkin olaraq su aerobikası və üzgüçülük məşqlərinə başlamaq olar. Bu, kalori sərfiyyatı üçün ən təhlükəsiz variantlardan biridir", – deyə Demyanovskaya vurğulayıb.

Həmçinin bildirib ki, aerobika fəaliyyətlərinə heç bir əlavə ağırlıq olmadan düzənlik ərazidə yerimək də daxildir. Həkimin sözlərinə görə, ilkin mərhələdə həftə ərzində iki-üç saatlıq ümumi hərəkət kifayət edir.

Ekspert diqqətə çatdırıb ki, nəbzin dəqiqədə 110 vuruşu keçməməsi şərti ilə gündəlik 15-20 dəqiqəlik yavaş templə gəzintilərlə işə başlamaq mümkündür.

Kopyalandı
Banner
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 446 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 446 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 446 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 446 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 446 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 446 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 446 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 446 baxış
Balaxanıda keçirilən "Balqabaq Festivalı" ziyarətçilərə maraqlı anlar yaşadır - Baku TV

Balaxanıda keçirilən "Balqabaq Festivalı" ziyarətçilərə maraqlı anlar yaşadır - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 446 baxış
Bakıda Zeytun Festivalının ikinci günü davam edir - Baku TV

Bakıda Zeytun Festivalının ikinci günü davam edir - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 446 baxış
Seçilmişlər
icon