Pleyeri seçin:

"Müxtəlif xəstəliklər yaradır" | Diabetin yaranmasına təsir edən amillər hansılardır? - Baku TV

01 avqust 2026 309 baxış

Azərbaycanda diabet xəstələrinin əksəriyyətini 30 yaşdan yuxarı şəxslər təşkil edir. Rəsmi statistika göstərir ki, bu xəstəlikdən əziyyət çəkənlərin çoxu qadınlardır. Eyni zamanda xəstələrin 90 %-dən yuxarısında insulindən asılı olmayan diabet növü aşkarlanıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə qeydiyyatda olan 344 577 diabet xəstəsinin 27 326 nəfəri insulindən asılı, 317 251 nəfəri isə insulindən asılı olmayan şəkərli diabetdən əziyyət çəkir. Beləliklə, diabet xəstələrinin təxminən 92 %-i insulindən asılı olmayan diabet növünə malikdir.

Maraqlıdır ki, bu xəstəlik niyə sürətlə artır və xəstəliyin qarşısını almaq mümkündürmü?

Terapevt Zakir Quliyev bildirib ki, şəkərli diabetin artması tək Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur və bunun bir çox səbəbi var. Onun sözlərinə görə, əsas səbəblər piylənmənin artması, oturaq həyat tərzi, qidalanma faktorları və stresdir:

“Qadınlarda bu xəstəliyin daha çox aşkarlanmasının səbəbi onların profilaktik müayinələrə kişilərdən daha tez-tez gəlməsidir. Həmçinin menopauza dövründəki hormonal dəyişikliklər, qadınlar arasında oturaq həyat tərzinin və piylənmənin daha yayğın olması da risk faktorları sırasındadır.

Diabetlə mübarizənin ən doğru yolu həyat tərzini dəyişdirməkdir. Bunun üçün aktiv həyat tərzi sürülməli, mütəmadi idman edilməlidir. Qidalanma vərdişləri düzəldilməli, balanslı qidalanmaya üstünlük verilməli, fastfud məhsullarından və yüksəkkalorili qidalardan uzaq durulmalıdır”.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 309 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 309 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 309 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 309 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 309 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 309 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 309 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 309 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 309 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 309 baxış
Seçilmişlər
icon