Pleyeri seçin:

"Xəstələrin artmasının səbəbi..." | Diabet niyə qadınlar arasında daha çox yayılır? - Baku TV

04 avqust 2026 321 baxış

Azərbaycanda diabet xəstələrinin əksəriyyətini 30 yaşdan yuxarı şəxslər təşkil edir. Rəsmi statistika göstərir ki, bu xəstəlikdən əziyyət çəkənlərin çoxu qadınlardır. Eyni zamanda xəstələrin 90%-dən yuxarısında insulindən asılı olmayan diabet növü aşkarlanıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə qeydiyyatda olan 344 577 diabet xəstəsinin 27 326 nəfəri insulinasılı, 317 251 nəfəri isə insulinasılı olmayan şəkərli diabetdən əziyyət çəkir.

Beləliklə, diabet xəstələrinin təxminən 92%-i insulinasılı olmayan diabet növünə malikdir. Maraqlıdır, bu xəstəlik niyə sürətlə artır və xəstəliyin qarşısını almaq mümkündürmü?

Mütəxəssislərin sözlərinə görə, bu tendensiya təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur.

Onlar bildirirlər ki, diabetin sürətlə yayılmasının əsas səbəbləri arasında piylənmənin artması, oturaq həyat tərzi, qeyri-sağlam qidalanma, metabolik sindrom və gündəlik stres amilləri yer alır.

Həkimlər qeyd edirlər ki, qadınlarda diabetin daha çox aşkarlanmasının səbəblərindən biri onların profilaktik tibbi müayinələrə kişilərlə müqayisədə daha tez-tez müraciət etməsidir. Bundan əlavə, hormonal dəyişikliklər, xüsusilə menopauza dövrü və piylənmənin daha geniş yayılması da qadınlar üçün əlavə risk faktorları hesab olunur.

Mütəxəssislər bildirilər ki, ikinci tip diabetin qarşısını almağın ən təsirli yolu həyat tərzini dəyişməkdir. Bunun üçün müntəzəm fiziki aktivlik, gündəlik gəzinti və idmanla məşğul olmaq, balanslı qidalanmaq, fastfud və yüksək kalorili qidalardan uzaq durmaq tövsiyə olunur. 

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 321 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 321 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 321 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 321 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 321 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 321 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 321 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 321 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 321 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 321 baxış
Seçilmişlər
icon