Pleyeri seçin:

Atam dedi ki, səhvlərimi təkrarlama | Müğənni Azad Şabanova kim qadağa qoydu? - QAPQARA

16 dekabr 2024 433 baxış

“Atam mənə “səhvlərimi təkrarlama” deyirdi”.

Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində müğənni Azad Şabanov deyib.

Atasının həyatındakı rolundan danışan müğənni bildirib ki, onun məsləhətlərindən çox faydalanıb:

“İnsanlarımızda belə bir xüsusiyyət var ki, “bilmirəm” sözünü söyləməyə çəkinirlər. Atam mənə həmişə “nəyisə bilmirsənsə soruş. Bilməmək ayıb deyil, çalış, səhvlərimi təkrarlama” deyirdi. Mən dərk edənə kimi dəfələrlə bu sözləri dedi. Onun məsləhətləri həyatda məni bir çox vəziyyətlərdən sığortalayıb, indi də buna davam edir”.

Səs tellərində yaşadığı problemdən bəhs edən A.Şabanovun sözlərinə görə, həkimi ona bir ay danışmağa icazə verməyib:

“Pandemiya ərəfəsində əsəbdən səs tellərimlə bağlı problem yaranmışdı. Həkim də “sus, düzələcək” dedi. İlk həftə çətin idi, him-cim dili ilə məni yalnız ailəm başa düşürdü. Amma bir həftədən sonra çox rahat idim, əsəblərim də sakitləşmişdi. Hətta həkimə söylədim ki, kimsə soruşsa, daha bir ay susmalı olduğumu desin.

Bilməzdim ki, belə bir təcrübə yaşayacağam. Təki xəstə olmayım, amma mənim üçün xoş bir sınaq idi. Bəzən həmin dönəm üçün darıxıram. İndi istəsəm də susmağı bacarmaram. Amma o zamanlar məcburi şəkildə bunu etdim”.

Kopyalandı
Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 433 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 433 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 433 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 433 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 433 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 433 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 433 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 433 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 433 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 433 baxış
Seçilmişlər
icon