Pleyeri seçin:
Avtosalonda baş verənlər sakinləri özündən çıxardı | “Hər gün burada elə hadisələr olur” - Baku TV
Xətai rayonu, Babək prospektində “Electric Auto” adı altında fəaliyyət göstərən avtosalon piyadalar üçün nəzərdə tutulan səkini zəbt edib.
Belə ki, avtosalona məxsus maşınlar piyada səkisinin üzərinə park edilib. Bu isə sakinlərin sərbəst şəkildə hərəkətinə mane olur. Həmçinin onları avtomobil yoluna çıxmağa vadar edir ki, bu da təhlükəsizlik baxımından ciddi risk daşıyır.
Sakinlər bununla bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.
“Hər gün bu ərazidə təhlükəli hadisələr baş verir. Buradan keçmək mümkün deyil”, – vətəndaşlardan biri söyləyib.
Digər bir sakin isə qeyd edib:
“Maşınlar hərəkət etməyimizə çətinlik yaradır. Yolu keçə, mağazaya gedə bilmirik. Burada vəziyyət gərgindir”.
Kopyalandı
#Xətai rayonu teqi istifadə olunub
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
- Xətaidə oğul 51 yaşlı ananı xəstəxanalıq etdi - Baku TV
- “Yazıq balalar...” | Xətaidəki faciənin detalları | “Düşüb üstünə, yorğanın tükü boğub...” - Baku TV
- Xətaidə qorxulu yanğın | Kişini ölümə aparan hadisə necə baş verib? - Baku TV CANLI
