Pleyeri seçin:
“Təmir etmək onların borcudur!” | Binaların zirzəmisindən istilik qurğularını kim oğurlayır?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bir müddətdir Bakıdakı əksər binalara istilik verilib. Lakin Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 14 ünvanında yerləşən binaya isə istilik verilmir. Sakinlərə səbəb kimi binanın zirzəmisindəki bəzi qurğuların oğurlanması göstərilir.
Vətəndaşlar mövcud problemlə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.
“Bu problemlərlə bağlı dəfələrlə şikayət etmişəm, amma baxan yoxdur. Pulu da ödəyirik, amma istiliyimiz verilmir”, – sakinlərdən biri söyləyib.
Digər bir vətəndaş isə qeyd edib:
“Dəfələrlə “Azəristiliktəchizat”a müraciət etmişik, amma nəticə yoxdur. Zirzəmidə istilik sisteminə aid heç nə qalmayıb. Xidmət haqqını ödəyirik, amma istiliklə təmin olunmuruq”.
Kopyalandı
#Xətai rayonu teqi istifadə olunub
- Xətaidə ağaclarla bağlı qalmaqal: Sakinlər nədən narahatdır? - Baku TV CANLI
- “Basdırdılar torpağa, özüm görmüşəm” | Xətaidə sakinləri hiddətləndirən nədir? - Baku TV
- "Qardaş, kim icazə verib sizə?!" - Xətaidə qalmaqal | Sakinlər özündən çıxdı - Baku TV
- Səki ilə gedən vətəndaşlar çuxura düşə bilərlər
- "Buradan keçənlər təhlükədədir" | 8 Noyabr prospektində səki çökdü - Baku TV
