“Həyətimizi bərbad hala qoydu” | Uçqunun baş verdiyi mərkəz niyə bu halda qalıb? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Vətəndaş Mehriban Səfərova Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirib ki, artıq bir müddətdir həyətinin yaxınlığında yerləşən 4 saylı Uşaq Yaradıcılıq Mərkəzinin binasında baş verən uçqun nəticəsində o da ziyan çəkib. Bununla bağlı Mərkəzin rəhbərliyinə və aidiyyəti qurumlara məlumat versə də, problem hələ də həllini tapmayıb.
“Martın 30-da yağışlardan sonra uçqun baş verdi. Uçqun hələ də davam edir. Bununla bağlı aidiyyəti qurumlara müraciət etsəm də, gəlib baxan yoxdur”, – Mehriban Səfərova söyləyib.
İki övladı olan şikayətçi bildirir ki, təhlükəli vəziyyət səbəbindən uşaqlarını həyətdə oynamağa buraxa bilmir. Onun sözlərinə görə, təhlükə hələ də davam edir:
“Uşaqları bayıra çıxara bilmirik. Yayda da heç bayıra çıxmayıblar. Çox təhlükəli vəziyyətdir”.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Maştağa qəsəbəsi, Nəriman Nərimanov küçəsində yerləşən binası qəzalı vəziyyətdə olduğuna görə fəaliyyət göstərmir.
Qeyd edilib ki, təhsil müəssisələrinin və məktəbdənkənar təhsil müəssisələrinin təmir işlərinin prioritetlik dərəcəsinə uyğun olaraq mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
#Maştağa teqi istifadə olunub
- Maştağada güclü yağış vətəndaşın evinin divarını uçurdu - Baku TV
- Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb
- "Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV
- Maştağada yaşanan qanlı hadisə barədə təfərrüatlar - Baku TV CANLI
- Maştağada 2 nəfər neft kəmərindən oğurluğa cəhd etdi | Yanğın oldu - Baku TV
