Astaralı qazi aldığı müavinətin dayandırılmasından şikayətçidir - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Astara rayonunun Miki kənd sakini Siracəddin İsmayılzadə Baku TV-nin qaynar xəttinə müraciət edib. O, 5 il ərzində 3-cü qrup əlilliyə görə aldığı müavinətin dayandırılmasından şikayətçidir.
İki övladı olan Siracəddin İsmayılzadə çətin vəziyyətdə olduğunu bildirərək aidiyyəti qurumlardan kömək istəyir.
44 günlük Vətən müharibəsinin iştirakçısı olan qazi Füzuli istiqamətində gedən döyüşlər zamanı ağır yaralandığını deyir. Onun sözlərinə görə, qol və ayaq nahiyələrindən qəlpə yaraları alıb. Sağ qolunun funksiyası ciddi şəkildə məhdudlaşıb, üç barmağı isə işləmir. Bədənində hələ də qəlpələrin olduğunu bildirən qazinin sözlərinə görə, aldığı xəsarətlər gündəlik həyatına ciddi təsir edir.
Siracəddin İsmayılzadə bildirib ki, avqust ayından etibarən əlilliyə görə aldığı ödənişlər dayandırılıb. O, əlilliyin qiymətləndirilməsi zamanı lazımi tibbi müayinələrin aparılmadığını iddia edir. Qazinin sözlərinə görə, yalnız vizual baxış keçirilib və bundan sonra əlilliyin təyin edilməsindən imtina olunub.
Hazırda ailəsi ilə birlikdə kirayədə yaşayan müharibə iştirakçısı işləməkdə də çətinlik çəkir. O, yalnız yüngül işlərdə çalışa bildiyini, sabit gəlir mənbəyinin olmadığını və ailəsini dolandırmaqda çətinlik çəkdiyini vurğulayıb.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, vətəndaşın əlillik məsələsi ilə bağlı müraciəti araşdırılıb. Tibbi sənədlər və müayinələrin nəticələri ilə obyektiv müayinə nəticələri arasında uyğunsuzluq olduğundan Forma 88-in sistemə daxil edilməsi mümkün olmayıb. Bu barədə vətəndaşa məlumat verilib və Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarına əsasən imtina aktı təqdim edilib.
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyindən isə bildirilib ki, Siracəddin İsmayılzadəyə təyin olunan əlillik müddəti 2026-cı il avqustun 6-da başa çatıb. Hazırda onunla bağlı qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən yeni göndəriş elektron sistemə daxil edilməyib.
Qeyd olunub ki, tibb müəssisəsi tərəfindən yeni Forma 88 sənədi rəsmiləşdiriləcəyi təqdirdə vətəndaşın əlilliyi qanunvericiliyə uyğun olaraq yenidən qiymətləndiriləcək.
#Astara teqi istifadə olunub
- “Yolu bərbad vəziyyətə onlar salıb” | Ərçivan sakinlərindən şikayət - Baku TV
- "9 min ziyan dəyib" | İnəklərin tələf olması ilə bağlı kim məsuliyyət daşıyır? - Qurumdan açıqlama
- Mikroavtobus dərəyə yuvarlandı: Astaradakı dəhşətli hadisənin səbəbi nədir? - Baku TV CANLI
- “Yuvarlanıb dərəyə, ən ağır vəziyyətdə olan bacımdır...” | Dəhşətli qəza: 16 nəfər... - Baku TV
- Astarada sürüşmə nəticəsində istinad divarı uçub | "Bizə vəd etdi ki, təmir edərik…" - Baku TV
