Pleyeri seçin:

Azərbaycanda yaşlı insanların nikaha marağı hansı səbəblərdən artır? - Baku TV

28 noyabr 2026 138 baxış

Ədliyyə Nazirliyinin yaydığı son məlumata görə, bu il ölkəmizdə 300-dən çox pensiyaçı ailə həyatı qurub.

Bu statistik göstərici cəmiyyətdə həm təbəssümlə, həm də tənqidlə qarşılanıb.

Paytaxt sakinləri mövzu ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər.

“Ailə həmişə lazımdır. Vacibdən də vacibdir. Hamı istədiyi vaxt ailə qura bilər. Bunun nə ziyanı var ki?!”, – deyə sakinlərdən biri bildirib.

Digər bir vətəndaş isə vurğulayıb:

“Hər yaşın öz dövrü var. Bəziləri deyir ki, təkdir, darıxır. Normal adam heç vaxt darıxmaz. Qəbul olunmuş adət-ənənələr var. Bu baxımdan belə hallara çox pis baxıram”.

Bəs insanlar niyə ahıl yaşda ailə qurmağa qərar verirlər?

Bu qərarın arxasında tənhalıq, emosional ehtiyac, maddi maraq, yoxsa sosial səbəblər dayanır? 

Psixoterapevt Rövşən Nəcəfovun sözlərinə görə, yaşlı insanların daha çox sabitliyə və qayğıya ehtiyacları olur:

“Bu ehtiyaclar insanı yenidən ailə həyatı qurmağa sövq edə bilər. Məsələn, həyat yoldaşını itirmiş şəxs yenidən ailə qurmaq istədikdə cəmiyyətdəki müxtəlif yazılmamış qaydalarla üzləşir. Burada vacib məqam dialoqdur. Çünki insanın şəxsi həyatı ilə bağlı verəcəyi qərarı nə övladları, nə də valideynləri müəyyənləşdirməlidir. Tənhalıq insanın həm psixoloji, həm də fiziki ehtiyaclarını üzə çıxarır. Belə hallarda şəxs bəzən adekvat addım atmaya da bilər. Lakin insan yaşından asılı olmayaraq səhv etməkdən qorxmamalıdır. Evlilik psixoloji seçim olsa da, hüquqi baxımdan tənzimlənir. Buna görə də seçimlərimizdə sağlam qərarlar verməyə çalışmalıyıq”. 

Kopyalandı
Banner
Aylardır dəniz kənarındakı maşında tək-tənha yaşayan kişi - ARZUNUN VAXTI

Aylardır dəniz kənarındakı maşında tək-tənha yaşayan kişi - ARZUNUN VAXTI

Cəmiyyət
28 noyabr 2026 55 baxış
“Təmir etmək onların borcudur!” | Binaların zirzəmisindən istilik qurğularını kim oğurlayır?

“Təmir etmək onların borcudur!” | Binaların zirzəmisindən istilik qurğularını kim oğurlayır?

Cəmiyyət
28 noyabr 2026 84 baxış
“Həyətimizi bərbad hala qoydu” | Uçqunun baş verdiyi mərkəz niyə bu halda qalıb? - Baku TV

“Həyətimizi bərbad hala qoydu” | Uçqunun baş verdiyi mərkəz niyə bu halda qalıb? - Baku TV

Cəmiyyət
28 noyabr 2026 99 baxış
"Binə" və "Sədərək"də satışların azalmasının arxasında hansı səbəblər dayanır? - Baku TV CANLI

"Binə" və "Sədərək"də satışların azalmasının arxasında hansı səbəblər dayanır? - Baku TV CANLI

Cəmiyyət
28 noyabr 2026 116 baxış
“Sürücülər saatlarla tıxacda qaldılar” | Novxanı-Görədil yolu nə vaxta qədər bağlı olacaq? - Baku TV

“Sürücülər saatlarla tıxacda qaldılar” | Novxanı-Görədil yolu nə vaxta qədər bağlı olacaq? - Baku TV

Cəmiyyət
28 noyabr 2026 135 baxış
Sakinlər çuxurları özləri doldururlar

Sakinlər çuxurları özləri doldururlar

Cəmiyyət
28 noyabr 2026 130 baxış
“Yamaq-yamaqdır, o gün maşın çevrildi” | Çuxurların əlindən təngə gələn sakinlər nə edir? - Baku TV

“Yamaq-yamaqdır, o gün maşın çevrildi” | Çuxurların əlindən təngə gələn sakinlər nə edir? - Baku TV

Cəmiyyət
28 noyabr 2026 137 baxış
“Gündə bir mal satanda şükür edirlər ki...” | “Binə” və “Sədərək”də satışlar niyə azaldı? - Baku TV

“Gündə bir mal satanda şükür edirlər ki...” | “Binə” və “Sədərək”də satışlar niyə azaldı? - Baku TV

Cəmiyyət
28 noyabr 2026 102 baxış
Yaddaşı bərpa etmək mümkündürmü? - Qıcolmalar hansı təhlükəli xəstəliklərin xəbərçisidir? - BAKU MED

Yaddaşı bərpa etmək mümkündürmü? - Qıcolmalar hansı təhlükəli xəstəliklərin xəbərçisidir? - BAKU MED

Cəmiyyət
28 noyabr 2026 111 baxış
Astaralı qazi aldığı müavinətin dayandırılmasından şikayətçidir - Baku TV

Astaralı qazi aldığı müavinətin dayandırılmasından şikayətçidir - Baku TV

Cəmiyyət
28 noyabr 2026 71 baxış
Seçilmişlər
icon