Aylardır dəniz kənarındakı maşında tək-tənha yaşayan kişi - ARZUNUN VAXTI
Yeniliklərdən dərhal xəbərdar olun
“Arzunun vaxtı” verilişinin budəfəki buraxılışında 52 yaşlı Ramiz Həsənovun həyat hekayəsi təqdim olunub.
Ramiz yay aylarından bəri Pirşağıda, dəniz kənarında avtomobildə yaşayır. Onun sözlərinə görə, ətrafdakı şəxslərdən biri qalması üçün ona avtomobil verib. Yaxınlıqda olan insanlar isə gündəlik yemək ehtiyacını qarşılamaqda ona kömək edirlər.
Hər iki valideynini itirən Ramizin iki bacısı var. O bildirib ki, bacılarından biri onkoloji, digəri isə ruhi xəstəlikdən əziyyət çəkir. Ramizin özünün də səhhətində ciddi problemlər var. Belə ki, onun bir ayağı amputasiya edilib. 52 yaşlı kişi pensiya kartını xəstə bacısına öz istəyi ilə verdiyini söyləyib.
Ramiz şəxsi həyatından da danışıb. O, illər əvvəl sevdiyi qızla ailə qurmaq istədiyini, lakin fəhlə işlədiyinə və maddi vəziyyətinə görə qızın valideynlərinin bu evliliyə razılıq vermədiyini bildirib.
“İstəmişəm ki, mənim də ailəm olsun. Bulvarda oğlanla qızın əl-ələ gəzdiyini görəndə ürəyim sıxılır. Mən də istəyirəm sevdiyim qızın əlindən tutub bulvara aparım”, – deyə o qeyd edib.
#Arzunun vaxtı (Baku TV-nin verilişi) teqi istifadə olunub
- "Hər dəfə 15 kq ət alırıq" | 10 uşaqlı ailənin bir günü necə keçir? - ARZUNUN VAXTI
- 300 min pul xərclədi, hər şeyini satdı, amma... | Vüsalə 4 ildir həyat yoldaşının səsinə həsrətdir
- "Varlı oğlan istəyirdim, amma qismət" | Məşhur kadrların qəhrəmanı 30 il sonra nələri etiraf etdi?
- "Xəstəliyə görə evi satdı, amma..." | Böyrək xəstəliyindən əziyyət çəkən İlkin kömək gözləyir
- "Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI
