"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI
Yeniliklərdən dərhal xəbərdar olun
“Arzunun vaxtı” verilişinin budəfəki buraxılışının qonağı Mərdəkan sakini 52 yaşlı Zakir Abdullayev olub.
Uzun illər ailə qurmaq və toy etmək arzusunda olan Zakir bəy üçün Mərdəkanın xeyirxah sakinləri kişi toyu təşkil ediblər.
Onun sözlərinə görə, illərdir oktyabrın 31-də toy etməyi arzulayıb:
“10 ildir gözləmişəm ki, bu xeyir işim olsun. Həmişə deyirdim ki, oktyabrın 31-də mənim toyum olacaq. Çox şükür ki, arzum həyata keçir”.
O, Mərdəkanda bağlarda işlədiyini, zəhməti ilə dolandığını və ailə qurmaq üçün hər cür şəraitinin olduğunu söyləyib. Hazırda isə həyatını bölüşəcəyi bir xanım axtarır.
Zakir bəy toyuna dəstək olan Mərdəkan sakinlərinə də minnətdarlığını bildirib:
“Allah onlardan razı olsun. Mənim arzum ürəyimdə qalmasın deyə bu toyu təşkil etdilər. Hamısının xeyir işində iştirak etmişəm, onlar da mənim xoş günümdə yanımda oldular”.
O həmçinin ailə qurmaq arzusunun da tezliklə gerçəkləşəcəyinə ümid etdiyini bildirib.
#Mərdəkan teqi istifadə olunub
- “Heç kim baxmır” | Milyonçunun Mərdəkandakı bağ evi niyə bu haldadır? - Baku TV
- “Maşından düşən kimi hücum etdi” | Mərdəkan sakinləri təşviş içində - Baku TV
- Məşhur "Formula" maketi nədən və necə hazırlandı? - Ustası danışdı | ARZUNUN VAXTI
- Ailənin idarəsində qadın daha etibarlıdır | Mərdəkanlı ağsaqqala görə evliliyin sirri - O VAXTLAR
- Bakının bu ərazisində hərəkət tam məhdudlaşdırılacaq | Sürücülərin diqqətinə!
