Pleyeri seçin:

“Bir-birimizə sarıldıq, o anı ölənə qədər unutmarıq” | Topçu qardaşların döyüş hekayəsi - Baku TV

07 noyabr 2026 78 baxış

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar – Şəhriyar və Cavad Quliyevlərdir.

Qardaşlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar.

Suqovuşan və Talış kəndləri istiqamətində gedən döyüşlərdə iştirak edən Cavad Quliyev Baku TV-yə müsahibəsində həmin günlərdə qardaşı ilə eyni istiqamətdə xidmət etdiklərini, lakin mövqelərinin bir-birindən aralı yerləşdiyini qeyd edib.

“Qardaşımla ikimiz də top komandiri idik. Mövqelərimiz arasında təxminən 10-15 kilometr məsafə var idi. Bir gün xidmət etdiyim ərazi topla vuruldu. Bundan sonra qardaşımla əlaqə saxlaya bilmədim. Həmin ərəfələrdə müəyyən təminat vasitələrini aparıb-gətirirdik. Qardaşımın olduğu mövqenin yaxınlığından keçərkən onunla görüşmək qərarına gəldik. Bir-birimizi görən kimi bərk-bərk qucaqlaşdıq. O anı ölənə qədər unutmaq olmaz”, – deyə o əlavə edib.

Şəhriyar Quliyev isə həmin gün yaşadığı narahatlığı və qardaşını sağ-salamat gördüyü anın sevincini belə xatırlayır:

“Qardaşımın sağ olub-olmadığı barədə heç bir məlumatımız yox idi. Sadəcə onların olduğu ərazinin atəşə tutulduğunu bildirmişdilər. Çox narahat idim, birdən gördüm ki, qardaşım maşından düşür. Həmin an keçirdiyim hissləri, duyduğum sevinci sözlə ifadə etmək mümkün deyil. Bir-birimizə sarılarkən göz yaşlarımızı saxlaya bilmirdik”.

Kopyalandı
Banner
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 78 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 78 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 78 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 78 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 78 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 78 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 78 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 78 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 78 baxış
"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 78 baxış
Seçilmişlər
icon