Pleyeri seçin:
Bakının bu ərazisində hərəkət tam məhdudlaşdırılacaq | Sürücülərin diqqətinə!
“Heydər Əliyev Beynəlxalq Hava Limanı-Mərdəkan avtomobil yolunun 3-cü kilometrliyində (“Bravo” marketin yaxınlığı) yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq 6 sentyabr saat 22:00-dan etibarən qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq”.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, yol bağlanmır, tikinti aparılan zolaqlar üzrə qismən məhdudlaşma tətbiq ediləcək.
“Sürücülərdən qeyd olunan tarixdən etibarən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.
Kopyalandı
#Heydər Əliyev Beynəlxalq Hava Limanı teqi istifadə olunub
- Heydər Əliyev Beynəlxalq Hava Limanından vacib məlumat - Baku TV
- Gəmi kapitanı və daha iki nəfər həbs edildi - ANA XƏBƏR
- İstanbula uçan təyyarə Bakıya məcburi eniş etdi
- Hava limanında monitorinq | Ombudsmandan taksi xidməti ilə bağlı yeni tarifə reaksiya
- Rusiya vətəndaşının ölüm səbəbi | Faciəvi hadisənin təfərrüatı açıqlandı
