Pleyeri seçin:

İşlədiyin hər saata görə maaş | Yeni sistem kimlərə şamil olunacaq? - Baku TV

09 noyabr 2026 241 baxış

Azərbaycanda əməkhaqqının hesablanması və ödənilməsi qaydasında dəyişikliklər nəzərdə tutulur. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında məlumat verilib.

Təklif olunan yeni mexanizmə əsasən, saatlıq əməkhaqqı sisteminin tətbiqi, eləcə də əməkhaqqı və digər ödənişlərin elektron sistem vasitəsilə işçilərin bank və ya elektron hesablarına köçürülməsi nəzərdə tutulur.

Millət vəkili Azər Badamov bildirib ki, dəyişikliklərin əsas məqsədi xüsusilə natamam iş vaxtı ilə çalışan, mövsümi işlərə cəlb olunan və xidmət sahəsində fəaliyyət göstərən şəxslərin əmək hüquqlarını və minimum təminatlarını qorumaqdır.

Onun sözlərinə görə, saatlıq əməkhaqqı sistemi işçilərin faktiki işlədikləri vaxta uyğun ödəniş almasına imkan yaradacaq:

“Bu dəyişikliklər əmək münasibətlərinin müasir tələblərə uyğunlaşdırılması, əmək bazarında şəffaflığın artırılması və işçilərin sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Burada iki əsas istiqamət diqqəti cəlb edir: minimum saatlıq əməkhaqqı sisteminin tətbiqi və əməkhaqqı ilə digər ödənişlərin elektron sistem vasitəsilə həyata keçirilməsi”.

Deputat qeyd edib ki, saatlıq əməkhaqqı sisteminin bir aydan az müddətə bağlanan əmək müqavilələri və həftəlik iş vaxtı 20 saatdan çox olmayan işlər üzrə tətbiqi təklif olunur. Bu mexanizm mövsümi və qısamüddətli işlərdə çalışanlar üçün xüsusi əhəmiyyət daşıyır.

Azər Badamovun sözlərinə görə, təklif olunan yanaşma işçinin bir saatdan az işlədiyi hallarda belə minimum ödəniş təminatından məhrum edilməməsini, növbəti saatın isə tam saat kimi hesablanaraq ödənilməsini nəzərdə tutur.

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 241 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 241 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 241 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 241 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 241 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 241 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 241 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 241 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 241 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 241 baxış
Seçilmişlər
icon