“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunun Masazır qəsəbəsində, “Yeni Bakı” yaşayış kompleksinin yaxınlığında yerləşən və 4 saylı məktəbə aparan yoldakı iri dəmir dirək hər an aşmaq təhlükəsi ilə üz-üzədir. Dirəyin ətrafındakı torpağın boşalması onun dayanıqlılığını itirməsinə səbəb olub.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, problem uzun müddətdir davam edir. Yağışlı havalarda isə dirəyin dibindəki torpaq daha da boşalır və aşma riski artır.
Vəziyyət xüsusilə məktəblilərin təhlükəsizliyi baxımından narahatlıq doğurur. Belə ki, hər gün yüzlərlə şagird bu yoldan istifadə edərək dərsə gedib-gəlir. Şagirdlər təhlükəli dirəyin yanından keçərkən qorxduqlarını, hətta riskdən yayınmaq üçün palçıqlı alternativ yollardan istifadə etdiklərini bildirirlər.
Ərazidə çoxmərtəbəli yaşayış binalarının da yerləşməsi yolu gün ərzində insanların intensiv istifadə etdiyi istiqamətlərdən birinə çevirir.
Qarşıdan yağışlı, qarlı və küləkli hava şəraitinin gəlməsi isə vəziyyəti daha da riskli edir. Sakinlər aidiyyəti qurumların problemin aradan qaldırılması üçün tədbir görməsini gözləyirlər.
#Masazır teqi istifadə olunub
- Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI
- Dirəklər quraşdırılıb, amma işıq yoxdur? | Eyni küçədə problemlər niyə qalır? - 24 SAAT
- Masazırda yaşayış evləri niyə böyük təhlükə riski ilə üz-üzədir? - Baku TV CANLI
- “Bizi dişləsələr, kim cavab verəcək?!” | Masazırda zülmət | “2 ildir qoyulub, hələ görməmişik ki...”
- Masazırda yüzlərlə tikili su altında qalmaq təhlükəsi ilə üz-üzədir - Baku TV
