"Qardaş, kim icazə verib sizə?!" - Xətaidə qalmaqal | Sakinlər özündən çıxdı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 15 ünvanında yaşayan sakinlər ərazidəki ağacların kəsildiyini və onların yerində restoran tikiləcəyini iddia edirlər.
Sakinlərin sözlərinə görə, əvvəllər binanın qarşısında bağ sahəsi olub və ərazidə çoxsaylı ağaclar əkilib. Onlar həmin ağacları öz zəhmətləri hesabına yetişdirdiklərini bildirirlər.
Lakin iddiaya görə, bir müddət əvvəl ərazidə restoran tikməyi planlaşdıran obyektin rəhbərliyi və əməkdaşları ağacları kəsərək ərazini asfaltlayıblar. Sakinlər bildirirlər ki, asfaltlanan hissənin gələcəkdə restoranın avtomobil dayanacağı kimi istifadəsi nəzərdə tutulur. Digər hissədə isə restoran fəaliyyət göstərəcək.
Sakinlərdən biri isə məsələ ilə bağlı narazılığını belə ifadə edib:
“Bu ərazidə ağaclar olub. İndi isə onlardan əsər-əlamət qalmayıb. Ağacları kəsərək ərazini asfaltlayıblar. Bilmirik ki, buna hansı qurum icazə verib. Ərazinin hansı hissəsinin onlara aid olduğunu göstərən sənədləri bizə təqdim etmirlər. Bu işlərin əksəriyyətini də gecə saatlarında həyata keçiriblər”.
#Xətai rayonu teqi istifadə olunub
- “Basdırdılar torpağa, özüm görmüşəm” | Xətaidə sakinləri hiddətləndirən nədir? - Baku TV
- Səki ilə gedən vətəndaşlar çuxura düşə bilərlər
- "Buradan keçənlər təhlükədədir" | 8 Noyabr prospektində səki çökdü - Baku TV
- Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT
- Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV
