Təcili xəbərdarlıq | Bakının bu ərazisində yaşayanları fəlakət riski gözləyir! - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Badamdar sakinləri üçün yenidən həyəcan təbili çalınır. Səbail rayonu, Badamdar qəsəbəsi, 20-ci sahədə son günlər yağan intensiv yağışlardan sonra torpaq sürüşməsi yenidən aktivləşib, ərazidə çatların genişlənməsi, ciddi deformasiyalar və dağıntılar qeydə alınıb.
Səbail Rayon İcra Hakimiyyətinin müraciətində sürüşmə prosesinin daha geniş ərazini əhatə edə biləcəyi, yaşayış evləri, məktəblər və uşaq bağçaları üçün ciddi təhlükə yarandığı bildirilib. Müvafiq qurumlara məlumat verildiyi qeyd olunub, sakinlərə isə təhlükəsizlik məqsədilə ərazini müvəqqəti tərk etmək tövsiyə edilib.
Qeyd edək ki, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar qəsəbəsi, 20-ci sahədə aparılan növbəti monitorinqlər zamanı əvvəl qeydə alınmış nəticələrlə müqayisədə sürüşmə sahəsində çatların bir qədər də genişləndiyi və aktivliyin davam etdiyi müəyyən edilib.
#Badamdar qəsəbəsi teqi istifadə olunub
- Sakinlərə təcili xəbərdarlıq | Badamdarda torpaq sürüşməsi fəlakətə çevrilir? - Baku TV CANLI
- Sakinlər qorxu içində | Badamdarda nə baş verir? - 24 SAAT
- Badamdar sakinləri təşviş içində | Sürüşmə baş verən ərazidə yaşamaq risklidir - Baku TV
- Badamdarda sürüşmə təhlükəsi
- 3-cü massivdə baş verən torpaq sürüşməsi sakinləri narahat edir - Baku TV
