Pleyeri seçin:

“Ay xanım, sizə nə lazımdır axı?!” | Vətəndaşın torpağını kim zəbt edib? - Baku TV

28 iyul 2026 174 baxış

Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında vətəndaş İbad Adıgözəlov iddia edir ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən ərazidə ona və ailəsinə məxsus 30 sot torpaq sahəsi qanunsuz şəkildə başqasına satılıb.

Onun sözlərinə görə, ailəsi bu torpağı 2006-cı ildə Masazır bələdiyyəsindən rəsmi ödəniş etməklə alıb. Lakin bir müddət sonra əraziyə gəldikdə hasarlarının söküldüyünü və həmin sahədə ona, eləcə də dayısı oğluna məxsus torpaqda təməl işlərinin aparıldığını görüblər.

İbad Adıgözəlov bildirib ki, torpaq sahəsi ilə bağlı sənədlər arxivdən də əldə olunub:

“2006-cı ildə bu torpaq sahəsi Masazır bələdiyyəsinin razılığı ilə, dövlət rüsumu ödənilməklə bizə satılıb. Əlimizdə sənədlər də var. İndi isə Elşən adlı bir makler bu əraziyə sahib çıxdığını deyir. Bildirir ki, bələdiyyəyə pul verib bu yeri alıb və ərazi ona məxsusdur. Mən istəyirəm ki, bu məsələ araşdırılsın. Bələdiyyə bizim adımıza olan torpaq sahəsini necə başqa şəxsə sata bilər? Hazırda həmin ərazi bir neçə hissəyə bölünərək digər vətəndaşlara da satılıb”.

Torpağa sahib olduğunu bildirən Elşən Nəbiyev isə iddialarla razılaşmayıb. O, əraziyə dair çıxarışının olduğunu deyib:

“Torpaq 1992-ci ildən hərraca çıxarılıb. Satılıb, biz də almışıq”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun hüquqi tədbirlər görüləcək.

Həndbolçuların zalı əllərindən alındı? | ABU Arenadan suallara niyə cavab gəlmədi? - Baku TV

Həndbolçuların zalı əllərindən alındı? | ABU Arenadan suallara niyə cavab gəlmədi? - Baku TV

Cəmiyyət
06 sentyabr 2026 174 baxış
Şanlıurfanın zəngin tarixi və mədəniyyəti Bakıda xüsusi proqramla təqdim olunur - Baku TV

Şanlıurfanın zəngin tarixi və mədəniyyəti Bakıda xüsusi proqramla təqdim olunur - Baku TV

Cəmiyyət
06 sentyabr 2026 174 baxış
Vətən müharibəsi iştirakçısı Şuşada daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı - Baku TV

Vətən müharibəsi iştirakçısı Şuşada daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı - Baku TV

Cəmiyyət
05 sentyabr 2026 174 baxış
Göygöldə keçirilən III Moruq Festivalından maraqlı anlar - Baku TV

Göygöldə keçirilən III Moruq Festivalından maraqlı anlar - Baku TV

Cəmiyyət
05 sentyabr 2026 174 baxış
İçərişəhərdə Şanlıurfa Mədəniyyət Günləri başlayıb - Baku TV

İçərişəhərdə Şanlıurfa Mədəniyyət Günləri başlayıb - Baku TV

Cəmiyyət
05 sentyabr 2026 174 baxış
Göygöl rayonunda III Moruq Festivalı təşkil olunub | Sərgidə nələr nümayiş edildi? - Baku TV

Göygöl rayonunda III Moruq Festivalı təşkil olunub | Sərgidə nələr nümayiş edildi? - Baku TV

Cəmiyyət
05 sentyabr 2026 174 baxış
Yer kürəsi üçün həyəcan təbili çalınır? | Virusların yayılma təhlükəsi nə qədərdir? - Baku TV

Yer kürəsi üçün həyəcan təbili çalınır? | Virusların yayılma təhlükəsi nə qədərdir? - Baku TV

Cəmiyyət
05 sentyabr 2026 174 baxış
Bakıdakı yarışda ən yaşlı iştirakçının 80 yaşı var, ən gəncin isə...

Bakıdakı yarışda ən yaşlı iştirakçının 80 yaşı var, ən gəncin isə...

Cəmiyyət
05 sentyabr 2026 174 baxış
"Hərəsinə bir cür tərbiyə verilir, müəllim nəsə deməsin?!" - Bağçalarda kamera olmalıdır? - Baku TV

"Hərəsinə bir cür tərbiyə verilir, müəllim nəsə deməsin?!" - Bağçalarda kamera olmalıdır? - Baku TV

Cəmiyyət
05 sentyabr 2026 174 baxış
8 qonşu sakinin başına oyun açıb? - “Görün nə vəziyyətdir, həyətdə...” - Baku TV

8 qonşu sakinin başına oyun açıb? - “Görün nə vəziyyətdir, həyətdə...” - Baku TV

Cəmiyyət
05 sentyabr 2026 174 baxış
Seçilmişlər
icon