Cəmiyyət
Pleyeri seçin:

Aydın Dəmirçi üzr istədi | Şəkidə meşə ağaclarının kəsilməsi ilə bağlı açıqlama

19 dekabr 2024

Şəkidə məhv edilən meşə örtüyü yenidən bərpa edilir. İşlər “Monte Ferro” Aqroparkı tərəfindən həyata keçirilir.

“Monte Ferro” Aqroparkının nümayəndəsi Aydın Dəmirçi Şəkidə meşə ağacların kəsilməsi ilə bağlı üzr istəyib və səhv etdiklərini, məsuliyyətsiz davrandıqlarını etiraf edib.

O bildirib ki, “Monte Ferro” Aqroparkı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balans müqaviləyə əsasən, fındıq bağlarının salınması üçün icarəyə verdiyi ərazilərdə 2020-ci ildən başlayaraq bu bağları salmaqdadır, hazırda ərazinin bir hissəsində fındıq bağı salınıb:

“Son vaxtlar ölkə mətbuatında icarəyə götürülmüş sahələrdə ağacların kəsilməsi ilə bağlı məlumatlar yayılıb. Bununla bağlı bildirmək istəyirəm ki, buna görə biz çox ciddi narahatlıq keçirdik. Yaranmış vəziyyəti diqqətsizliyimiz, işlərimizə qeyri-peşəkar və məsuliyyətsiz davranmağımız ilə əlaqələndiririk. Bununla bağlı olaraq mən ölkə ictimaiyyətindən üzr istəyirəm və söz verirəm ki, bu torpaqlarda meşə ağacları əkiləcək və meşə örtüyü tam şəkildə bərpa olunacaq”.

Qeyd edək ki, “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğlu Qafar Dəmirçi Şəkidə meşə sahələrinin məhv edilməsinə görə bir neçə gün əvvəl həbs edilib. O, təbiətə külli miqdarda ziyan vurmaqda ittiham edilir. 

Dindarlar mənim xanımıma, qızıma qarışmasın | Ateist və ilahiyyatçının mübahisəsi - AMİN

Dindarlar mənim xanımıma, qızıma qarışmasın | Ateist və ilahiyyatçının mübahisəsi - AMİN

Cəmiyyət
19 dekabr 2024
Ucuz evlərin qiyməti açıqlandı | Sənədli evlər bahalaşdı?

Ucuz evlərin qiyməti açıqlandı | Sənədli evlər bahalaşdı?

Cəmiyyət
19 dekabr 2024
"Kapital Bank" 2025-ci il üçün hədəfləri açıqladı | Mühüm qərarlar müzakirə edildi

"Kapital Bank" 2025-ci il üçün hədəfləri açıqladı | Mühüm qərarlar müzakirə edildi

Cəmiyyət
19 dekabr 2024
Müğənni Yeganənin adından istifadə edərək pul istənildi | Dələduzluğun yeni növü

Müğənni Yeganənin adından istifadə edərək pul istənildi | Dələduzluğun yeni növü

Cəmiyyət
19 dekabr 2024
SOCAR-da "Vətəndaş cəmiyyəti təsisatları ilə işin gücləndirilməsi" mövzusunda tədbir keçirildi

SOCAR-da "Vətəndaş cəmiyyəti təsisatları ilə işin gücləndirilməsi" mövzusunda tədbir keçirildi

Cəmiyyət
19 dekabr 2024
Hava şəraiti barədə sürücülərə xəbərdarlıq | AAYDA gücləndirilmiş iş rejiminə keçdi

Hava şəraiti barədə sürücülərə xəbərdarlıq | AAYDA gücləndirilmiş iş rejiminə keçdi

Cəmiyyət
19 dekabr 2024
Çətinliklərlə üzləşdik, amma… | "İnanıram" monotamaşası Akademik Musiqili Teatrın səhnəsində

Çətinliklərlə üzləşdik, amma… | "İnanıram" monotamaşası Akademik Musiqili Teatrın səhnəsində

Cəmiyyət
19 dekabr 2024
Keşlə bazarı sökülür | İcarədarları özündən çıxaran məsələyə AAYDA-dan cavab

Keşlə bazarı sökülür | İcarədarları özündən çıxaran məsələyə AAYDA-dan cavab

Cəmiyyət
19 dekabr 2024
Çox əcaib quşdur, az qalmışdı ki... | Həyətində nadir quş tapan Bakı sakini

Çox əcaib quşdur, az qalmışdı ki... | Həyətində nadir quş tapan Bakı sakini

Cəmiyyət
19 dekabr 2024
Özəl sektora keçənlərin sayı artır | Məleykə Abbaszadə problemləri açıqladı

Özəl sektora keçənlərin sayı artır | Məleykə Abbaszadə problemləri açıqladı

Cəmiyyət
19 dekabr 2024
Seçilmişlər
icon