Azad edilən ərazilərdə yanğın və partlayış təhlükəsi | ANAMA-dan çağırış
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş ərazilərdə son günlər mövsümlə əlaqədar olaraq havaların isti və quraq keçməsi nəticəsində meşə və otlaq sahələrində yanğın hadisələrinin artması ilə bağlı vətəndaşlara çağırış edib.
Bildirilib ki, işğaldan azad olunan ərazilərdə olarkən odla davranış qaydalarına ciddi riayət etsinlər. Açıq alovdan istifadə zamanı ehtiyatlı davransınlar. Siqaret kötüklərini yerə atmaqdan çəkinsinlər.
Baş verə biləcək genişmiqyaslı yanğın hadisəsi zamanı həmin ərazilərdə atılıb qalan mina və digər partlayıcı sursatlar hərarətin təsirindən işə düşə və yaxınlıqda olan hər hansı bir şəxs və ya şəxslərə ciddi ziyan vura bilər.
İşğaldan azad edilən ərazilərdə yanğın və ya mina təhlükəsi halları ilə qarşılaşdıqda dərhal “805”, “102” və ya “112” nömrələrinə müraciət etməyiniz tövsiyə olunur.
#Yanğın hadisələri teqi istifadə olunub
- Son günlərdə baş verən ardıcıl yanğınların dayanmamasının səbəbləri nədir? - Baku TV
- 5 rayonda yanğınla mübarizə davam etdirilir | FHN-dən məlumat
- Mülkiyyətçilər nə qədər ziyana düşüb? - Yanğınla bağlı görülən tədbirlər
- Ehtiyatsızlıq, ya qəsd? - Sakinlər ölkədə yanğınların artmasının səbəbindən danışdı
- İki böyük anbar və ticarət mərkəzindəki yanğınlarda müəmmalı izlər - AKTUAL GÜNDƏM
