Azad olunan ərazilərdə nəhəng quruculuq layihələri
Azərbaycanın azad olunmuş ərazilərində "Böyük Qayıdış" proqramı çərçivəsində nəhəng quruculuq layihələri sürətlə davam edir. Füzuli rayonunun Qaraxanbəyli kəndində ümumi sahəsi 316 hektar olan ərazidə müasir yaşayış kompleksinin inşası planlaşdırılır. Layihənin ümumi planına əsasən, kənddə 1479 fərdi evin tikilməsi nəzərdə tutulub. İlkin mərhələdə 87 hektar sahədə 404 fərdi ev, eləcə də sakinlərin sosial ehtiyaclarını qarşılayacaq 528 şagird yerlik məktəb, 120 yerlik uşaq bağçası və tibb məntəqəsi inşa olunacaq. Bu layihə keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdaraq müasir standartlara uyğun şəraitdə yaşamalarını təmin etmək məqsədi daşıyır. Qarabağın bərpası və yeni kənd layihələri barədə ən son detallar Baku TV-nin "Cəmiyyət" rubrikasında.
#Qarabağ teqi istifadə olunub
- Sultan bəy Sultanovun müqaviməti Qarabağda nəyi dəyişdi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
- Azadlıq mübarizəsinin Xankəndi kulminasiyası - Baku TV
- Prezident irimiqyaslı layihələrin açılışında | Mirzoyan və Rubio görüşüblər - YENİ BİR SƏHƏR
- İş yerləri ilə bağlı heç bir problem olmayacaq | İlham Əliyev - Baku TV
- İlham Əliyev Tərtər və Ağdərə rayonlarına səfər edib - Baku TV
