Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunan Bişkek Festivalı başladı
Bişkekdə “Azərbaycan mədəniyyətinin təbliği günləri” festivalı öz işinə başlayıb.
Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Orta Asiyada Azərbaycan Mədəniyyətinin təbliğinə dair çağırışlar – Bişkek festivalı” Qırğızıstan-Türkiyə Manas Universitetində keçirilir.
Türkiyə və Azərbaycanın Bişkekdəki diplomatik korpusunun əməkdaşları, Manas Universitetinin rəhbər heyəti, Qırğızıstan Axıska Türkləri Dərnəyi, Qırğızıstandakı Azərbaycan diaspor liderləri, universitetin müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən festivalın açılış mərasimi hər üç ölkənin himnlərinin oxunması ilə başlayıb.
Çıxış edənlər Azərbaycan mədəniyyətinin təbliğinin vacibliyinə diqqət çəkiblər.
Açılış mərasimi Ulu Öndərin həyatından bəhs edən “Xatirələr işığında Heydər Əliyev” sənədli filmi və festivalda yayımlanacaq filmlərin anonsu ilə başa çatıb.
Qeyd edək ki, üç gün davam edəcək festival çərçivəsində Azərbaycanın “Dədə Qorqud”, “Dolu” və “Fəryad” filmləri tələbələr üçün davamlı olaraq kinozallarda yayımlanacaq.
#Qırğızıstan teqi istifadə olunub
- Paşinyan Sadır Japarovla nələri müzakirə etdi? | İrəvandan sülhlə bağlı açıqlama - Baku TV CANLI
- Qırğızıstanda növbəti prezident seçkilərinin tarixi məlum oldu - Baku TV CANLI
- Hörmüz boğazında gərginlik | Məktəb ləvazimatını necə seçək? | Pezeşkiandan mesaj - YENİ BİR SƏHƏR
- Azərbaycan və Qırğızıstan müttəfiqliyi gücləndirir - Baku TV
- İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib - Baku TV
