Pleyeri seçin:

Azərbaycan Ordusunun Laçına daxil olduğu gün | Qürurverici görüntülər - Baku TV

26 avqust 2026 221 baxış

26 avqust Laçın Şəhəri Günüdür. Laçın Şəhəri Günü Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq hər il avqustun 26-da təntənəli şəkildə qeyd olunur.

Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində 2022-ci il avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Həmin gün dövlət başçısı İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı xəbəri sosial şəbəkə hesabında elan edib.

"Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!", – deyə dövlət başçısının 2022-ci ilin bu günü paylaşdığı mətndə deyilir.

Beləliklə, avqustun 26-da Laçın şəhərində Azərbaycan Dövlət Bayrağı ucaldılıb. Ordu korpusunun komandiri general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü səbəbindən 30 ilə yaxın işğal altında qalan tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində işğaldan azad olunub və Şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Laçın şəhərinə qayıdan keçmiş məcburi köçkünlərin sayı isə ildən-ilə artır və bu istiqamətdə işlər davam etdirilir.

Banner
İşəgötürənlərin tələbləri ilə kişilərin gözləntiləri niyə üst-üstə düşmür? - Baku TV CANLI

İşəgötürənlərin tələbləri ilə kişilərin gözləntiləri niyə üst-üstə düşmür? - Baku TV CANLI

Cəmiyyət
26 oktyabr 2026 221 baxış
Bakıda gecə və səhər yağış, gündüz isə 20 dərəcəyədək istilik gözlənilir - Baku TV CANLI

Bakıda gecə və səhər yağış, gündüz isə 20 dərəcəyədək istilik gözlənilir - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 221 baxış
Müəlliflik hüququ, yoxsa plagiat? | Tədris materiallarında müəllif hüquqları necə qorunur? - Baku TV

Müəlliflik hüququ, yoxsa plagiat? | Tədris materiallarında müəllif hüquqları necə qorunur? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 221 baxış
Təkrar müraciətlər, dəyişməyən vəziyyət | Şəhid anasının problemi niyə həll olunmur? - Baku TV

Təkrar müraciətlər, dəyişməyən vəziyyət | Şəhid anasının problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 221 baxış
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 221 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 221 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 221 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 221 baxış
Uşaqlara zorakılıq, küçələrdə təhlükə: məsuliyyətsizlik haradan başlayır? - XÜLASƏ

Uşaqlara zorakılıq, küçələrdə təhlükə: məsuliyyətsizlik haradan başlayır? - XÜLASƏ

Cəmiyyət
25 oktyabr 2026 221 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 221 baxış
Seçilmişlər
icon