Azərbaycanda elektromobil idxalında kəskin azalma | Ekspertlər nələrdən danışdı?
Bir neçə ildir ki, dünyada elektrikli avtomobillərə tələbat artsa da, ölkəmizdə bu statistikada enmə müşahidə olunur. Bir zamanlar insanların həvəslə aldıqları elektrikli avtomobillərə indi maraq azalıb.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, bunun iki səbəbi var:
“Birincisi, enerji doldurma məntəqələrinin azlığıdır. İkincisi isə belə nəqliyyat vasitələrinin texniki qulluğu zamanı qarşıya çıxan çətinliklərdir. Yəni bu tip maşınların ustalarının az olması və ehtiyat hissələrinin çətin tapılmasıdır”.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin 9 ayı ərzində ölkəmizə 48 milyon 210 min ABŞ dolları dəyərində 1559 tam elektrikli avtomobil idxal edilib. Bu da illik müvafiq olaraq 45,6 % və 30,6 % azdır. 2024-cü ildə ölkəmizə 2026, 2023-cü ildə isə 3102 elektrikli avtomobil idxal olunub.
#Elektrikli avtomobillər teqi istifadə olunub
- Avtomobil bazarında nə baş verir? - İdxalın dəyərində də enmə müşahidə olunur
- Avtomobil bazarında durğunluq yaradan problemlər | İqtisadçı açıqladı - Baku TV
- Tbilisidə SOCAR-dan elektrikli avtomobillər üçün yeni layihə - Baku TV
- Çin qəza təhlükəsizliyinə görə gizli qapı tutacaqlarını qadağan edir
- Elektromobil almağa peşman edən vəziyyət | Şarj cihazları ilə bağlı narazılıq - Baku TV
