Pleyeri seçin:

Azərbaycanda hava kəskin dəyişəcək | Əhaliyə vacib xəbərdarlıq

13 avqust 2025 354 baxış

Avqustun 14-ü və 15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 29-33 dərəcə isti olacaq.

Bölgələrdə də bəzi yerlərdə yağıntılı hava şəraiti davam edəcək, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 30-35, dağlıq ərazilərdə isə 18-23 dərəcə isti olacaq.

Baş Dövlət Yol Polisi İdarəsi yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Müraciətdə bildirilib ki, hazırda paytaxtda və bir sıra bölgələrdə müşahidə olunan yağmurlu hava yol hərəkəti iştirakçılarına çətinliklər yaradır.

Qeyd olunub ki, yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər. Belə havalarda piyadalar da diqqətli olmalı, məsuliyyətsiz davranışların ağır nəticəyə səbəb ola biləcəyini unutmamalıdırlar.

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz havalarda qəza riskinin artmasını nəzərə alaraq bir daha hərəkət iştirakçılarından qaydalara ciddi riayət etməyi xahiş edir.

Quba və Şamaxıya qar yağdı | Maraqlı təbiət mənzərəsi

Quba və Şamaxıya qar yağdı | Maraqlı təbiət mənzərəsi

Cəmiyyət
14 dekabr 2025 354 baxış
Vətəndaşlar ayağa qalxdı | MTK-nın cavabı nə oldu? - Baku TV

Vətəndaşlar ayağa qalxdı | MTK-nın cavabı nə oldu? - Baku TV

Cəmiyyət
14 dekabr 2025 354 baxış
Baku TV-nin işıqlandırdığı problem həllini tapdı - Baku TV

Baku TV-nin işıqlandırdığı problem həllini tapdı - Baku TV

Cəmiyyət
14 dekabr 2025 354 baxış
Çin sirki: "Santa və Qızıl Əjdaha"

Çin sirki: "Santa və Qızıl Əjdaha"

Cəmiyyət
14 dekabr 2025 354 baxış
"İncə Naxış" adlı sərgi keçirildi - Baku TV

"İncə Naxış" adlı sərgi keçirildi - Baku TV

Cəmiyyət
14 dekabr 2025 354 baxış
Bakıda görülməmiş şou: “Santa və Qızıl Əjdaha” adlı Çin sirki təqdim olundu - Baku TV

Bakıda görülməmiş şou: “Santa və Qızıl Əjdaha” adlı Çin sirki təqdim olundu - Baku TV

Cəmiyyət
14 dekabr 2025 354 baxış
Əlilliyi olan gəncin atası Baku TV-yə müraciət etdi - Baku TV

Əlilliyi olan gəncin atası Baku TV-yə müraciət etdi - Baku TV

Cəmiyyət
14 dekabr 2025 354 baxış
Azərbaycanda boşanmaların sayında azalma | Səbəblər açıqlandı - Baku TV

Azərbaycanda boşanmaların sayında azalma | Səbəblər açıqlandı - Baku TV

Cəmiyyət
14 dekabr 2025 354 baxış
45 dəqiqə ürəyi dayanan qadın danışdı - Baku TV

45 dəqiqə ürəyi dayanan qadın danışdı - Baku TV

Cəmiyyət
13 dekabr 2025 354 baxış
“Son dəfə görəcəyimi bilsəydim...” | Faciəvi şəkildə ölən Eltacın ailəsinin fəryadı - ARZUNUN VAXTI

“Son dəfə görəcəyimi bilsəydim...” | Faciəvi şəkildə ölən Eltacın ailəsinin fəryadı - ARZUNUN VAXTI

Cəmiyyət
13 dekabr 2025 354 baxış
Seçilmişlər
icon