Pleyeri seçin:

Vətəndaşlar ayağa qalxdı | MTK-nın cavabı nə oldu? - Baku TV

14 dekabr 2025 686 baxış

Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən köhnə yaşayış binası bir neçə il əvvəl sökülüb və sakinlərə söz verilib ki, yeni tikilən binada hər birinə mənzil veriləcək. Lakin nə vəd edilən mənzillər verilib, nə də tikinti başa çatdırılıb.

Sakinlərin sözlərinə görə, layihəni həyata keçirməli olan “Vesta Construction” MMC illərlə prosesi uzadır. Tikili 10 ilə yaxındır ki, yarımçıq vəziyyətdə qalıb. Köçürülmüş sakinlər hazırda kirayələrdə yaşayırlar.

Bununla yanaşı, tikinti şirkətinin yeni binadakı mənzilləri həm əvvəlki sakinlərə vəd etməsi, həm də öncədən pul ödəyən yeni alıcılara satması ciddi narazılığa səbəb olub. Eyni mənzilin bir neçə nəfərə satıldığı iddia edilir.

“Qızım 115 min nağd pul verib evi alıb. İndi məlum oldu ki, 2025-ci ildə həmin ev başqasına da satılıb”, – vətəndaşlardan biri deyib.

Şikayətçilər deyirlər ki, məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsələr də, heç bir real tədbir görülməyib.

Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan məsələ artıq uzun illərdir mövcuddur. 2016-cı ildə pilot layihə əsasında icrasına başlanılan və MTK ilə vətəndaşlar arasında müqavilənin şərtlərinin icra edilməməsi ilə bağlı olan məsələ 2018-ci ildən vətəndaşların haqlı narazılıqlarına səbəb olub:

“Rayon İcra Hakimiyyətində və qeyd olunan yaşayış binasının həyətində vətəndaşların və MTK rəhbərliyinin iştirakı ilə görüşlər keçirilib. Görüşlərdə MTK rəhbərliyinə müqavilənin şərtlərinə əməl olunması ilə bağlı xəbərdarlıq edilərək sakinlərin narazılıqlarının həll olunması ilə bağlı tapşırıqlar verilib.

Bu görüşlərin nəticəsi olaraq artıq bir neçə şəxsin məsələsi həll olunub, digərlərinin problemlərinin həlli üzrə tərəfimizdən müvafiq işlər hələ də davam edir. Hazırda qeyd olunan məsələyə hüquqi qiymətin verilməsi üçün Rayon İcra Hakimiyyətinin müraciəti əsasında hüquq-mühafizə orqanlarında araşdırma aparılır”.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 686 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 686 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 686 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 686 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 686 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 686 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 686 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 686 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 686 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 686 baxış
Seçilmişlər
icon