Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Nizami rayonu, Davud Aslan küçəsində yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin həyata keçirdikləri zəruri və təxirəsalınmaz tədbirlər sayəsində fəaliyyət göstərməyən ət kombinatının ərazisində plastik və taxta materialların yığıldığı sahədə baş verən yanğın qısa müddətdə söndürülüb. Alovun geniş əraziyə yayılmasının qarşısı alınıb.
Yanğın nəticəsində 1800 kvadratmetr sahəyə yığılmış plastik və taxta materialların 500 kvadratmetr ərazidə olan hissəsi yanıb. Materialların qalan hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.
#Nizami rayonu teqi istifadə olunub
- “Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komendantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV
- Yaşadıqları binanın bloklarına kanalizasiya suları yığılır
- "Buradan keçən ağzını tutub keçir" | Əhali narazıdır: "Yalandan yazır ki, 10 dəfə etmişik" - Baku TV
- "Vermirsənsə, başqa kişinin oğlu gəlsin..." | Sakinlər və MTK arasında qalmaqal - Baku TV
- Nizami rayonunda 5 binanın həyəti baxımsız vəziyyətdə - Baku TV CANLI
