Pleyeri seçin:

"Vermirsənsə, başqa kişinin oğlu gəlsin..." | Sakinlər və MTK arasında qalmaqal - Baku TV

25 avqust 2026 309 baxış

Paytaxtın Nizami rayonu, Nəsimi küçəsi, 7 ünvanında yaşayan sakinlərlə "Orbita" MTK arasında ziddiyyət yaranıb. Sakinlərin bildirdiyinə görə, şirkət onları yaşadıqları mənzillərdən çıxararaq ərazidə yeni çoxmərtəbəli bina inşa etmək niyyətindədir. Tərəflər arasında ortaq məxrəc əldə olunmadığı üçün məsələyə Nizami Rayon Məhkəməsində baxılıb və qərar "Orbita" MTK-nın xeyrinə çıxarılıb.

MTK söküntü və tikinti işləri davam etdiyi müddətdə sakinlərə müvəqqəti məskunlaşmaları üçün aylıq 600 manat kirayə haqqı ödəməyi təklif edib. Lakin sakinlər bu qərardan narazıdırlar.

Şikayətçilərdən biri məsələyə belə münasibət bildirib:

"Çıxarışlı mülkiyyətim ola-ola şirkətin məni məhkəməyə verməsi və mülkiyyət hüququmun qüvvədən düşərək hansısa MTK-ya həvalə edilməsi qəbuledilməzdir. Mənə məcburi şəkildə harada və neçənci mərtəbədə yaşayacağımı diktə edirlər. İndiyədək belə bir şey görünməyib".

"Orbita" MTK-nın əməkdaşı Fazil Bağıyev isə iddialara cavab olaraq bildirib:

"Sakinin 42 kvadratmetrlik ikiotaqlı mənzilinə qarşı biz ona yeni binada 73,5–74 kvadratmetrlik ikiotaqlı mənzil təklif edirik. Lakin bununla razılaşmırlar".

Sakinlərin mərtəbə seçimi ilə bağlı narazılıqlarına toxunan şirkət nümayəndəsi əlavə edib ki, bu məsələ danışıqlar yolu ilə həll oluna bilər:

"Mənzil dəyişdirilməsi mümkündür, sadəcə, sakinlər dialoqa gəlmirlər".

Banner
"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

Cəmiyyət
22 oktyabr 2026 309 baxış
Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 309 baxış
2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 309 baxış
Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Cəmiyyət
22 oktyabr 2026 309 baxış
“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 309 baxış
Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 309 baxış
”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 309 baxış
“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 309 baxış
"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

Cəmiyyət
22 oktyabr 2026 309 baxış
“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 309 baxış
Seçilmişlər
icon