Pleyeri seçin:

Azərbaycanda Müstəqillik Günüdür

28 may 2023 341 baxış

Bu gün Azərbaycanın milli bayramı – Müstəqillik Günü qeyd olunur.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib. Bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirib.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradılıb, ana dili dövlət dili elan edilib, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilib.

AXC təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Ancaq AXC cəmi 23 ay yaşaya bilib. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal edib və Respublika süqut edib.

Müstəqillik Günü Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət bayramı kimi qeyd olunur. Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib. Qanunun təsdiqlənməsi ilə 28 May – Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü adlandırılıb.

AZAL 300 sərnişinin baqajını çatdırmağı unudub? | Qurumdan rəsmi açıqlama - Baku TV

AZAL 300 sərnişinin baqajını çatdırmağı unudub? | Qurumdan rəsmi açıqlama - Baku TV

Cəmiyyət
24 mart 2026 341 baxış
“Dövlət parklanma yaratmağa borclu deyil” - Şəhəri iflic edən tikinti özbaşınalığıdır?

“Dövlət parklanma yaratmağa borclu deyil” - Şəhəri iflic edən tikinti özbaşınalığıdır?

Cəmiyyət
24 mart 2026 341 baxış
“Elə qıza necə gəlin kimi baxım?!” - Ququşun qohumu gəlininin xəstəliyindən danışdı - O VAXTLAR

“Elə qıza necə gəlin kimi baxım?!” - Ququşun qohumu gəlininin xəstəliyindən danışdı - O VAXTLAR

Cəmiyyət
24 mart 2026 341 baxış
Kənddə qandonduran faciə | "Gizli silahlar var idi, dedilər, qaçın, camaatı diri-diri..." - Baku TV

Kənddə qandonduran faciə | "Gizli silahlar var idi, dedilər, qaçın, camaatı diri-diri..." - Baku TV

Cəmiyyət
24 mart 2026 341 baxış
Çəkisi çox olmayan insanlar da diqqətli olmalıdırlar

Çəkisi çox olmayan insanlar da diqqətli olmalıdırlar

Cəmiyyət
24 mart 2026 341 baxış
Keyfiyyətli yuxuya necə nail ola bilərik?

Keyfiyyətli yuxuya necə nail ola bilərik?

Cəmiyyət
24 mart 2026 341 baxış
"Evə çıxırıq, yenə cərimə gəlir" | Parklanma yeri yoxdursa, nə etməli? - Baku TV

"Evə çıxırıq, yenə cərimə gəlir" | Parklanma yeri yoxdursa, nə etməli? - Baku TV

Cəmiyyət
23 mart 2026 341 baxış
Bu görüntülər gündəmi alt-üst etdi | "Novruzda qadın kimi geyinmək adəti yoxdur!" - Baku TV

Bu görüntülər gündəmi alt-üst etdi | "Novruzda qadın kimi geyinmək adəti yoxdur!" - Baku TV

Cəmiyyət
23 mart 2026 341 baxış
"Təşvişə düşməyin" | MN PUA uçuşları ilə bağlı əhaliyə müraciət etdi - Baku TV

"Təşvişə düşməyin" | MN PUA uçuşları ilə bağlı əhaliyə müraciət etdi - Baku TV

Cəmiyyət
23 mart 2026 341 baxış
“Uşaq-muşağın əlində qalmışam...” -  Yazıçı Seyran Səxavət niyə kövrəldi?

“Uşaq-muşağın əlində qalmışam...” - Yazıçı Seyran Səxavət niyə kövrəldi?

Cəmiyyət
23 mart 2026 341 baxış
Seçilmişlər
icon