Vladimir Putin Prezident İlham Əliyevə məktub ünvanladı
Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevi Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib.
Təbrik məktubunda deyilir:
“Ölkəniz sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq arenada artan nüfuza malikdir. Rusiya-Azərbaycan münasibətləri dostluq, müttəfiqlik xarakteri daşıyır. Əminəm ki, konstruktiv ikitərəfli əməkdaşlığın, beynəlxalq məsələlərdə tərəfdaşlıq üzrə qarşılıqlı fəaliyyətin bundan sonra da birgə səylərlə gücləndirilməsini təmin edə biləcəyik. Bu, xalqlarımızın maraqlarına tamamilə uyğundur. Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi məcrasında davam edir.
Hörmətli İlham Heydər oğlu, sizə cansağlığı və uğurlar, Azərbaycan Respublikasının bütün vətəndaşlarına isə sülh və tərəqqi arzulayıram”.
#Vladimir Putin teqi istifadə olunub
- Moskva Zelenskiyə qapını açdı | Sergey Lavrovdan mesaj - Baku TV CANLI
- Rusiya Zelenskinin Moskvaya dəvətini "xoşməramlı jest" adlandırıb - Baku TV
- “Misir Yaxın Şərqdə vəziyyətin sabitləşdirilməsinin tərəfdarıdır” | Putin
- Putindən Qərbə açıq mesaj: qarşıdurma təhlükəsi böyüyür - Baku TV CANLI
- Azərbaycanla Türkiyə arasında yeni razılaşma | Bakının sülh sazişi üçün şərti - YENİ BİR SƏHƏR
