Pleyeri seçin:

Ramiz Mehdiyev bu tarixdə hakim qarşısına çıxacaq | Məhkəmə ilə bağlı detallar - Baku TV

16 sentyabr 2026

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində hakim qarşısına çıxarılacaq.

“Qafqazinfo” 88 yaşlı “Boz kardinal”ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdən bəzilərinin adlarını öyrənib.

Bunlar Ramiz Mehdiyevin Bakı Dövlət Universitetində kafedra müdiri işləyən qızı Kamilə Əliyeva, kürəkəni İlham Əliyev, ləğv edilmiş “Bank BTB”nin əsas səhmdarı olan gəlini Nigar Mehdiyeva, “Bank BTB”nin Müşahidə Şurasının sədri və bankın səhmdarlarından biri Sadiq Rza İsmayıl, “Şərq-Qərb” Nəşriyyatının direktoru Sevil İsmayılova, AXCP sədri Əli Kərimli və müavini Məmməd İbrahimdir.

Onların məhkəmə istintaqı zamanı da şahid qismində ifadə verəcəkləri gözlənilir.

İlk iclas sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, daha sonra isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifələrində çalışıb.

Hazırda R.Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, külli miqdarda rüşvət alma və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə təqsirləndirilir.

Onun ittiham olunduğu maddələrdən ikisinin sanksiyasında ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bununla belə, Azərbaycan qanunvericiliyinə əsasən, cinayət törədərkən 65 yaşdan yuxarı olan şəxslər ömürlük məhkum edilə bilməz.

100 min əcnəbi ölkəni tərk etdi | Rusiyadan kütləvi gedişin əsas səbəbi nədir? - Baku TV

100 min əcnəbi ölkəni tərk etdi | Rusiyadan kütləvi gedişin əsas səbəbi nədir? - Baku TV

Siyasət
16 sentyabr 2026
Qış yaxınlaşır, qiymətlər durmadan artır | Avropa enerji böhranından xilas ola biləcək? - Baku TV

Qış yaxınlaşır, qiymətlər durmadan artır | Avropa enerji böhranından xilas ola biləcək? - Baku TV

Siyasət
16 sentyabr 2026
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - Baku TV

İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - Baku TV

Siyasət
16 sentyabr 2026
II Beynəlxalq Konfrans panel iclaslarla davam edir | Nələr müzakirə edilir? - Baku TV

II Beynəlxalq Konfrans panel iclaslarla davam edir | Nələr müzakirə edilir? - Baku TV

Siyasət
16 sentyabr 2026
Orta Dəhliz məsələsində Türkiyə-Azərbaycan bu addımı atacaq - AKTUAL GÜNDƏM

Orta Dəhliz məsələsində Türkiyə-Azərbaycan bu addımı atacaq - AKTUAL GÜNDƏM

Siyasət
16 sentyabr 2026
Türk dünyasının beyin mərkəzləri Bakıda bir araya gəldi - Baku TV

Türk dünyasının beyin mərkəzləri Bakıda bir araya gəldi - Baku TV

Siyasət
16 sentyabr 2026
Prezidentdən Türk dünyasının dini liderlərinə mühüm mesajlar - Baku TV CANLI

Prezidentdən Türk dünyasının dini liderlərinə mühüm mesajlar - Baku TV CANLI

Siyasət
16 sentyabr 2026
Türk dünyası və İslam aləmi bir olsa, bizə heç kim toxuna bilməz | İlham Əliyev - Baku TV

Türk dünyası və İslam aləmi bir olsa, bizə heç kim toxuna bilməz | İlham Əliyev - Baku TV

Siyasət
16 sentyabr 2026
Zelenskinin təyyarəsinə ardıcıl hücumlar edilib? | Avtobusa minənlərin diqqətinə - YENİ BİR SƏHƏR

Zelenskinin təyyarəsinə ardıcıl hücumlar edilib? | Avtobusa minənlərin diqqətinə - YENİ BİR SƏHƏR

Siyasət
16 sentyabr 2026
Hakan Fidan Bakı-Tbilisi-Qars yolunun önəmini vurğuladı - Baku TV

Hakan Fidan Bakı-Tbilisi-Qars yolunun önəmini vurğuladı - Baku TV

Siyasət
16 sentyabr 2026
Seçilmişlər
icon