İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev əlcəzairli həmkarı Abdelmacid Tebbuna bu ölkənin 1 Noyabr – İnqilab Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident, əziz qardaşım, 1 Noyabr – İnqilab Günü münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu tarixi gün Əlcəzair xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin, sarsılmaz iradəsinin, böyük qəhrəmanlığının və milli birliyinin əbədi rəmzidir. Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.
İnanıram ki, qardaş xalqlarımızın maraqlarına uyğun olaraq əlaqələrimizin daha da genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da inkişaf etdirilməsi üçün birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Əlcəzair xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
#İlham Əliyev teqi istifadə olunub
- Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV
- İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV
- Prezident Bakıda FIFA U-15 finalçılarını mükafatlandıracaq - Baku TV
- Azərbaycan Prezidentindən Türkiyə liderinə 29 Oktyabr təbriki - Baku TV
- Prezident İlham Əliyevin Ərdoğana təbrik məktubu "Haber Global"ın gündəmində - Baku TV
