Pleyeri seçin:

Bakıda nəhəng piyada zonası yaradılacaq | Yeniliklər hansı əraziləri əhatə edəcək?

08 oktyabr 2024 323 baxış

Bakıda Səməd Vurğun küçəsi ilə Filarmoniya bağını birləşdirəcək nəhəng piyada zonası yaradılacaq.

Mənbəmizin məlumatına əsasən, qeyd edilən piyada zonaları geniş bir ərazini əhatə edəcək.

Hazırda belə zonanın yaradılması metronun “28 May” stansiyasının qarşısındakı meydanda davam edir.

Buna görə də Bakının mərkəz ərazilərinin avtomobillərə bağlanılması qaçılmazdır.

Nəzərdə tutulan ərazilərə bu yerlər daxildir: Hazırda Xaqani bağının ətrafı üç istiqamətdən avtomobillər üçün bağlanıb.

Ərazi “Sahil” metrosunu Fəvvarələr meydanı ilə birləşdirdiyindən burada böyük piyada axını müşahidə edilir – pik vaxtlarda saatda 6 min nəfər bu ərazidən keçir. Belə böyük piyada axını müşahidə edilən ərazidə təhlükəsiz istirahət zonasının yaradılması zəruri idi.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən xəbər verilib ki, oktyabrın 5-də Bakının Nəsimi rayonunun Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyov küçəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin giriş-çıxışı tam məhdudlaşdırılıb.

Eyni zamanda layihəyə İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılması, burada piyada zonası və mikromobillik zolaqlarının yaradılması, eləcə də İçərişəhər ərazisinin sakinlərin və ərazidəki diplomatik nümayəndəliklərin avtomobilləri istisna olmaqla bütün avtomobillərin hərəkəti üçün bağlanması da daxildir.

Növbəti mərhələdə həftə sonları yaxınlıqdakı küçələrdə də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və bu ərazilər də piyadaların istifadəsinə veriləcək.

Bütün bunlar Bakıda mobilliyin və piyada zonalarının daha da inkişaf etdirilməsinə təkan verəcək.

"21 ildir marşrut görməmişəm” | Əhali pərişan halda | “85 yaşım var, oraya necə çıxım?!” - Baku TV

"21 ildir marşrut görməmişəm” | Əhali pərişan halda | “85 yaşım var, oraya necə çıxım?!” - Baku TV

Cəmiyyət
27 iyun 2026 323 baxış
DYP əhaliyə yağışlı hava ilə bağlı xəbərdarlıq etdi

DYP əhaliyə yağışlı hava ilə bağlı xəbərdarlıq etdi

Cəmiyyət
27 iyun 2026 323 baxış
Çökən körpünün təmiri niyə ləngiyir? - Əməkdaşımız hadisə yerində - Baku TV

Çökən körpünün təmiri niyə ləngiyir? - Əməkdaşımız hadisə yerində - Baku TV

Cəmiyyət
27 iyun 2026 323 baxış
“Deyir, pulum var, gəlib sənin...” - Qalmaqal | "Gəlib çapıblar, o ixtiyarı kim verib?!" - Baku TV

“Deyir, pulum var, gəlib sənin...” - Qalmaqal | "Gəlib çapıblar, o ixtiyarı kim verib?!" - Baku TV

Cəmiyyət
27 iyun 2026 323 baxış
Hava daha da pisləşəcək? - Qeyri-sabit hava nə vaxtadək davam edəcək? - Baku TV

Hava daha da pisləşəcək? - Qeyri-sabit hava nə vaxtadək davam edəcək? - Baku TV

Cəmiyyət
27 iyun 2026 323 baxış
LOR xəstəlikləri niyə artır? - Uzunmüddətli burun tutulması nəyə işarədir? - BAKU MED

LOR xəstəlikləri niyə artır? - Uzunmüddətli burun tutulması nəyə işarədir? - BAKU MED

Cəmiyyət
27 iyun 2026 323 baxış
Azərbaycan regionun ən nüfuzlu tədbirlərindən birinə ev sahibliyi edir - Baku TV

Azərbaycan regionun ən nüfuzlu tədbirlərindən birinə ev sahibliyi edir - Baku TV

Cəmiyyət
27 iyun 2026 323 baxış
“Oğlum olmasa, çox adam ölərdi” | Terrorçunu əliyalın zərərsizləşdirən qəhrəmanın anası - O VAXTLAR

“Oğlum olmasa, çox adam ölərdi” | Terrorçunu əliyalın zərərsizləşdirən qəhrəmanın anası - O VAXTLAR

Cəmiyyət
26 iyun 2026 323 baxış
Ev alqı-satqısında yeni proses | Qiymətlərdə kəskin dəyişikliklər olacaq? - Baku TV

Ev alqı-satqısında yeni proses | Qiymətlərdə kəskin dəyişikliklər olacaq? - Baku TV

Cəmiyyət
26 iyun 2026 323 baxış
Ordumuz Azərbaycan xalqının gücünü bütün dünyaya necə göstərdi? - Baku TV

Ordumuz Azərbaycan xalqının gücünü bütün dünyaya necə göstərdi? - Baku TV

Cəmiyyət
26 iyun 2026 323 baxış
Seçilmişlər
icon