Pleyeri seçin:
Bakıdakı şadlıq evindən qalmaqallı görüntü | Verilən qidalar dəhşətə gətirdi
Bakının Nizami rayonu, Babək prospekti 76 ünvanında yerləşən “Sərin” şadlıq evində mənşəyi məlum olmayan məhsullar aşkarlanıb.
Qida Təhlükəsizliyi Agentliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, fiziki şəxs Eldar Dadaşova məxsus şadlıq evində yoxlama keçirilib.
Baxış zamanı obyektdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi, həmçinin mənşəyi məlum olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim edildiyi aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilməklə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.
Kopyalandı
#Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) teqi istifadə olunub
- Süni kürü, düzgün saxlanılmayan ət... | Bakıda şadlıq sarayının mətbəxində yoxlama - Baku TV
- Yeni qaydalar fermerlərə və ət bazarına necə təsir edəcək? - Baku TV CANLI
- Adi görünən bir səhlənkarlıq kütləvi zəhərlənmə ilə nəticələnə bilər - Baku TV
- Şad günün acı sonluğu | Toydan sonra restorana məhdudiyyət qoyuldu - Baku TV
- Dönərxanalara ət göndərən sexdə nələr aşkarlandı? - Baku TV CANLI
