Pleyeri seçin:

“Bədənimə “tok” verirdilər, sonra...” | Ermənilərin məhkəməsində qandonduran ifadələr

11 iyul 2025 820 baxış

Çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 10-da davam etdirilib.

Zərərçəkmiş Vüqar Eminov deyib ki, əsirlikdə saxlandığı müddətdə ona dəhşətli işgəncələr verilib. Hər gün rezin dəyənək, dəmir parçası ilə döyülüb, bədəninə elektrik cərəyanı verilib. Məcburi əməyə cəlb edilib, uzun müddət çətin işlərdə işlədilib.

Ramin Əzizov Xocalı soyqırımı zamanı doğmalarının qətlə yetirildiyini söyləyib. O, hadisələr zamanı 14 yaşının olduğunu, ermənilərin atdığı “Alazan” raketinin partlaması nəticəsində bədəninin müxtəlif nahiyələrindən xəsarətlər aldığını deyib.

R.Əzizov fevralın 26-da digər azərbaycanlılarla birlikdə ermənilər tərəfindən girov götürüldüyünü, martın 3-də azad edildiyini bildirib. “Yaşımın az olmasına baxmayaraq, mənə də işgəncə verirdilər, döyürdülər”, – deyə o əlavə edib.

Mürvət Məmmədov deyib ki, onun ailəsi Qərbi Azərbaycandan məcburi şəkildə didərgin salınanlardandır. 1988-ci ildə Xocalıda məskunlaşıblar. Xocalı soyqırımı törədiləndə yaralanıb. Ailəsi ilə birlikdə girov götürülüb. Atasının və qardaşlarının başını kəsiblər. Onun gözü qarşısında isə Xocalıdan olan Əhməd adlı azyaşlı oğlanın əlinin içinə odlu silahla atəş açıblar. “Atamın və qardaşlarımın başlarını kəsiblər. Onların indiyə qədər meyitləri tapılmayıb”, – deyə o əlavə edib.

Zərərçəkənlər həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını cavablandırıblar.

Məhkəmə prosesində həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 820 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 820 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 820 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 820 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 820 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 820 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 820 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 820 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 820 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 820 baxış
Seçilmişlər
icon