Pleyeri seçin:

"Bunu gizlədə bilmərəm" | Ermənistan vətəndaşlarının məhkəməsində nələr üzə çıxdı? - Baku TV

26 dekabr 2025 757 baxış

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları – Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası keçirilib.

Təqsirləndirilən şəxs Levon Mnatsakanyan çıxışında ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını bildirib. O, ibtidai istintaqda dediklərindən imtina etdiyini söyləyərək, məhkəmədən qərar qəbul edərkən yalnız məhkəmədə dediklərinin əsas kimi götürülməsini xahiş edib. Sonda o, üç gün ərzində etdiyi çıxışı – 51 səhifəlik mətni məhkəmə protokollarına əlavə etmək üçün məhkəməyə təqdim edib.

Təqsirləndirilən şəxs Arkadi Qukasyan da ittiham tərəfinin dəlilləri ilə razılaşmadığını qeyd edib və özünün əks arqumentlərini səsləndirib. O, ittiham tərəfinin onun "Sovet Qarabağ"ı qəzetində çalışmasını cinayət kimi təqdim etdiyini diqqətə çatdırıb.

Qukasyan qəzetin 4 nəfər redaktor müavinindən biri olduğunu, qəzetin rus dilinə tərcüməsi üzrə müavin vəzifəsində çalışdığını bildirib. Əlavə edib ki, həmin vaxt tabeliyində 16 nəfər işçi olub. Təqsirləndirilən şəxs qəzetin fəaliyyətini cinayət hesab etmədiyini, "böyük siyasət"dən 2007-ci ildə getdiyini və bir daha qayıtmadığını deyib.

Sonra təqsirləndirilən şəxs Bako Sahakyan son söz çıxışı edib. O, ittiham tərəfinin onları cinayətkar birlik kimi təqdim etməsinə "Cinayətkar təşkilat olmayıb, ola da bilməzdi" cümləsi ilə cavab verib.

Sahakyan Şuşanın işğalında iştirakından da danışıb. "Məhkəmə istintaqı başlayanda vəkilimə demişdim ki, bəli, Şuşada iştirakımla bağlı epizod var və mən bunu məhkəmədə gizlədə bilmərəm", – deyə o bildirib.

Banner
Hökməli sakinləri yaşadıqları ərazidəki problemdən şikayətləndi - Baku TV CANLI

Hökməli sakinləri yaşadıqları ərazidəki problemdən şikayətləndi - Baku TV CANLI

Cəmiyyət
31 oktyabr 2026 757 baxış
Yerli və xarici aşpazların əl işləri Qəbələdə diqqət mərkəzində - Baku TV

Yerli və xarici aşpazların əl işləri Qəbələdə diqqət mərkəzində - Baku TV

Cəmiyyət
31 oktyabr 2026 757 baxış
"Qəlbimdə çox sevdiyim biri var, amma yanıma gəlmədi" | "Mən həyatdan doymamışam" - ARZUNUN VAXTI

"Qəlbimdə çox sevdiyim biri var, amma yanıma gəlmədi" | "Mən həyatdan doymamışam" - ARZUNUN VAXTI

Cəmiyyət
31 oktyabr 2026 757 baxış
Qəbələ ilk dəfə qastronomiya sammitinə ev sahibliyi edir - Baku TV

Qəbələ ilk dəfə qastronomiya sammitinə ev sahibliyi edir - Baku TV

Cəmiyyət
31 oktyabr 2026 757 baxış
“Biz uşaqlara nə veririksə, onu da alırıq” | Məktəbdə intizam necə qorunmalıdır? - Baku TV

“Biz uşaqlara nə veririksə, onu da alırıq” | Məktəbdə intizam necə qorunmalıdır? - Baku TV

Cəmiyyət
31 oktyabr 2026 757 baxış
“Murdar suyun içində gəzirik, ayıbdır!” | Sakinlərin əsəbləri tarıma çəkilib - Baku TV

“Murdar suyun içində gəzirik, ayıbdır!” | Sakinlərin əsəbləri tarıma çəkilib - Baku TV

Cəmiyyət
31 oktyabr 2026 757 baxış
"Taksi sifariş veririk, gəlmir" | Novxanı sakinləri çıxılmaz durumda

"Taksi sifariş veririk, gəlmir" | Novxanı sakinləri çıxılmaz durumda

Cəmiyyət
31 oktyabr 2026 757 baxış
“Uşaqları aparmaq üçün zülm çəkirlər” | Əhalinin bitməyən problemi | “Gölməçələr yaranır” - Baku TV

“Uşaqları aparmaq üçün zülm çəkirlər” | Əhalinin bitməyən problemi | “Gölməçələr yaranır” - Baku TV

Cəmiyyət
31 oktyabr 2026 757 baxış
“Ya acdırlar, ya da...” | Tülküləri paytaxt küçələrinə üz tutmağa nə vadar edir? - Baku TV

“Ya acdırlar, ya da...” | Tülküləri paytaxt küçələrinə üz tutmağa nə vadar edir? - Baku TV

Cəmiyyət
31 oktyabr 2026 757 baxış
Novxanı sakinləri problemlərlə üz-üzə | Əhali çətinlik içində qalıb - Baku TV CANLI

Novxanı sakinləri problemlərlə üz-üzə | Əhali çətinlik içində qalıb - Baku TV CANLI

Cəmiyyət
31 oktyabr 2026 757 baxış
Seçilmişlər
icon