Pleyeri seçin:

Ermənistan vətəndaşlarının apellyasiya şikayətlərinə baxılması davam etdirilir - Baku TV

26 iyul 2026 344 baxış

İyulun 24-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı ağır cinayətlərdə təqsirləndirilən şəxslərin işi üzrə məhkəmə baxışı davam etdirilib.

Məhkəmə iclası hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilib. İclasda təqsirləndirilən şəxslər Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan və digərləri tərcüməçilər və vəkillərlə təmin olunublar.

Prosesdə dövlət ittihamını müdafiə edən prokurorlar çıxış edərək birinci instansiya məhkəməsinin qərarının əsaslı olduğunu bildiriblər.

Baş Prokurorluğun nümayəndəsi Abbas Abbaslı 44 günlük Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələrinin törətdiyi çoxsaylı cinayət faktlarını məhkəmənin diqqətinə çatdırıb. O, Arayik Harutyunyanın cinayətkar fəaliyyətinə dair kifayət qədər sübutların olduğunu və onun apellyasiya şikayətinin əsassız sayıldığını vurğulayıb.

Digər prokuror Anar Ələkbərov isə vaxtilə işğal altında olan Azərbaycan ərazilərində törədilmiş cinayətlər üzrə toplanmış sübutları təqdim edib. O, Bako Sahakyanın da cinayət fəaliyyətinə dair konkret faktlara diqqət çəkərək apellyasiya şikayətinin rədd edilməli olduğunu bildirib.

Prokuror Sevinc Qasımova isə Arkadi Qukasyanın ittiham olunduğu cinayətə dair sübutlara istinad edərək onun apellyasiya şikayətinin əsassız olduğunu bildirib.

İttiham tərəfi ümumilikdə vurğulayıb ki, birinci instansiya məhkəməsində bütün sübutlar hərtərəfli və obyektiv araşdırılıb, zərərçəkmişlərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər materiallarla təsdiqlənib.

Məhkəmənin növbəti iclası iyulun 27-nə təyin olunub.

Banner
Hökməli sakinləri yaşadıqları ərazidəki problemdən şikayətləndi - Baku TV CANLI

Hökməli sakinləri yaşadıqları ərazidəki problemdən şikayətləndi - Baku TV CANLI

Cəmiyyət
31 oktyabr 2026 344 baxış
Yerli və xarici aşpazların əl işləri Qəbələdə diqqət mərkəzində - Baku TV

Yerli və xarici aşpazların əl işləri Qəbələdə diqqət mərkəzində - Baku TV

Cəmiyyət
31 oktyabr 2026 344 baxış
"Qəlbimdə çox sevdiyim biri var, amma yanıma gəlmədi" | "Mən həyatdan doymamışam" - ARZUNUN VAXTI

"Qəlbimdə çox sevdiyim biri var, amma yanıma gəlmədi" | "Mən həyatdan doymamışam" - ARZUNUN VAXTI

Cəmiyyət
31 oktyabr 2026 344 baxış
Qəbələ ilk dəfə qastronomiya sammitinə ev sahibliyi edir - Baku TV

Qəbələ ilk dəfə qastronomiya sammitinə ev sahibliyi edir - Baku TV

Cəmiyyət
31 oktyabr 2026 344 baxış
“Biz uşaqlara nə veririksə, onu da alırıq” | Məktəbdə intizam necə qorunmalıdır? - Baku TV

“Biz uşaqlara nə veririksə, onu da alırıq” | Məktəbdə intizam necə qorunmalıdır? - Baku TV

Cəmiyyət
31 oktyabr 2026 344 baxış
“Murdar suyun içində gəzirik, ayıbdır!” | Sakinlərin əsəbləri tarıma çəkilib - Baku TV

“Murdar suyun içində gəzirik, ayıbdır!” | Sakinlərin əsəbləri tarıma çəkilib - Baku TV

Cəmiyyət
31 oktyabr 2026 344 baxış
"Taksi sifariş veririk, gəlmir" | Novxanı sakinləri çıxılmaz durumda

"Taksi sifariş veririk, gəlmir" | Novxanı sakinləri çıxılmaz durumda

Cəmiyyət
31 oktyabr 2026 344 baxış
“Uşaqları aparmaq üçün zülm çəkirlər” | Əhalinin bitməyən problemi | “Gölməçələr yaranır” - Baku TV

“Uşaqları aparmaq üçün zülm çəkirlər” | Əhalinin bitməyən problemi | “Gölməçələr yaranır” - Baku TV

Cəmiyyət
31 oktyabr 2026 344 baxış
“Ya acdırlar, ya da...” | Tülküləri paytaxt küçələrinə üz tutmağa nə vadar edir? - Baku TV

“Ya acdırlar, ya da...” | Tülküləri paytaxt küçələrinə üz tutmağa nə vadar edir? - Baku TV

Cəmiyyət
31 oktyabr 2026 344 baxış
Novxanı sakinləri problemlərlə üz-üzə | Əhali çətinlik içində qalıb - Baku TV CANLI

Novxanı sakinləri problemlərlə üz-üzə | Əhali çətinlik içində qalıb - Baku TV CANLI

Cəmiyyət
31 oktyabr 2026 344 baxış
Seçilmişlər
icon